Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-04-2014, 11:25)
“Mən “Borjomi“ alverçisi deyiləm“

Aydın Abbasov: “Mən alverçi deyiləm ki, ”Borjomi" satım"

 

Aprelin 10-da Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) səsvermə yolu ilə Rusiya nümayəndə heyəti 2015-ci ilin yanvar sessiyasına qədər qurumda səsvermə hüququndan məhrum edilib. Azərbaycan nümayəndə heyətinin səsvermədə bitərəf mövqe sərgiləməsinə münasibət fərqlidir.
Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanın bu məsələdə Rusiyaya qarşı çıxış etməməsi düzgün seçim deyil. Məsələ ilə bağlı Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Aydın Abbasovla danışdıq. Aydın Abbasov “Yeni Müsavat”ın digər məsələlərlə bağlı suallarını da cavablandırdı.
- Aydın bəy, Azərbaycan nümayəndə heyəti Rusiyanın səsvermə hüququndan məhrum edilməsinə bitərəf qalmaqla bağlı özümü qərar verdi? Bu qərarın qəbulunda hər hansı təzyiq faktoru rol oynamadı ki? 
 
- Azərbaycan nümayəndə heyətinə nə təzyiq ola bilər?
- Bir müddət öncə Rusiyadan bəzi şəxslərin təhdidləri səslənmişdi ki, Azərbaycanın BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünə səs verməsi cavabsız qalmayacaq. Bunu nəzərdə tuturam...
- Hansısa bir fərdi fikrə münasibət bildirmək yəqin ki, düzgün olmaz. Rəsmi mövqe olsaydı, nəsə demək olardı. Min adam min söz deyə bilər. Hər halda ortada Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışı, səsvermənin nəticələri var.
- Gözlənilirdi ki, Azərbaycan BMT-də Rusiyanın əleyhinə çıxdığı kimi AŞ PA-da da Rusiyanın əleyhinə qəbul olunacaq qərarlara dəstək verəcək. Bu mənada Starsburqdakı sonuncu səsvermə birmənalı qarşılanmayıb. Bu mövqe hansı zərurətdən irəli gəldi?
- Biz deyirik ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, 20 faiz torpağı işğal altındadır. Bu mənada AŞ PA-dan çıxarılası, səsi dondurulası birinci nümayəndə heyəti, ölkə varsa, o da Ermənistandır. İlk növbədə Ermənistan bu qurumdan çıxarılmalıdır, ondan sonra Büro, ya Assambleya digər ölkələrlə bağlı qərar qəbul etməlidir. Təcavüzkar ölkə bir tərəfdə qalıb, Ermənistan Azərbaycan torpağını işğal edib... Biz Azərbaycan nümayəndə heyəti olaraq torpaqlarımızın geri qaytarılmasını, ədalətin bərqərar olmasını, Azərbaycana qarşı ikili standartın artıq sona yetməsini istəyirik, vəssalam. Buna da çalışacağıq, fikirlərimiz də daim bununla bağlı olur, Assambleyada da səsləndirəcəyik. Əgər bilirsinizsə, nümayəndə heyətinin rəhbəri öz fikirlərini çox yüksək səviyyədə bildirdi, çox konstruktiv, düzgün mövqe ortaya qoydu. İlk növbədə Ermənistanın nə qədər ədalətsiz dövlət olduğu və Azərbaycana qarşı ikili standartların tətbiq olunması haqda fikirlərini bəyan etdi.
 
- Bəs AŞ PA rəhbərliyinin bu mövqeyə münasibəti necə oldu?
- Azərbaycan 14 ildir Avropa Şurasının üzvüdür və torpaqları 20 ildən artıqdır işğal altındadır. Düzdür, Azərbaycanla bağlı qətnamələr, 2005-ci ilin qərarı var. Amma bu gün belə qərarlar, qətnamələr icraya yönəldilmirsə, deməli, Azərbaycana qarşı ikili standartlar var. Bütövlükdə qurumdan söhbət getmir. Əlbəttə ki, burada Azərbaycana qarşı müxtəlif ölkələr iş də aparır. Amma reallıq odur ki, Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində hər zaman öz prinsipial mövqeyini davam etdirir.
- Son günlər Rusiyanın Azərbaycana qarşı təcavüzkar planlarının olması barədə çox xəbərlər yayılır. Siz bu barədə hazırda Rusiyada yaşayan və fəaliyyət göstərən Abbas Abbasovla danışmısınızmı? Atanızın da belə məsələlərdən narahatlığı varmı və məlumatları ciddi qəbul edirmi?
- Azərbaycan Rusiyaya necə təcavüz edə bilər? Məndə belə bir məlumat yoxdur, hardansa oxumamışam, görməmişəm. Rusiya Azərbaycana niyə hücum etməlidir ki, bunu başa düşə bilmirəm.
- Rusiyanın Qarabağı özünə birləşdirmək niyyətində olması barədə də təhdidlər səslənir...
- Biz Rusiyanın müxtəlif şəxslərinin fikirlərini qaldırmaqla niyə onları hörmətə mindirməliyik. Yəqin Jirinovski kimi adamların dediklərini nəzərdə tutursan.
- Hər halda bu adam rəsmi şəxsdir...
- Onun fikrini o vaxt rəsmi saymaq olar ki, dövlətin mövqeyini, fikrini əks etdirsin. Fərdlərin fikirləri Rusiya dövlətinin rəsmi mövqeyi kimi hesab oluna bilməz.
- Abbas müəllim demişdi ki, Jirinovskini azərbaycanlıları təhqir etdiyinə görə məhkəməyə verəcək. Bu iş nə yerdədir?
- Bu məsələni azerros.ru saytından davamlı olaraq izləyə bilərsiniz. Orda bütün xəbərlər gündəlik verilir. Məhkəməyə də veriləcək, o tərəfə də keçiləcək. Jirinovski mütləq şəkildə Azərbaycan xalqından üzr istəməlidir.
 
- Son günlər Abbas Abbasovla bağlı növbəti xəbərlər yayıldı...
- Mən belə qeyri-ciddi məsələlərə, kiminsə uydurmalarına şərh vermirəm.
- Abbas bəyin yaxın zamanlarda Bakıya gəlişi gözlənilirmi?
- Abbas müəllim nə vaxt gələcəksə, biləcəksiniz.
- “Borjomi” suyunun Azərbaycana idxalı da sizin adınızla bağlanırdı. Son günlərdə isə artıq bu suyun ölkəmizə gətirilməsi dayandırılıb və hesab olunur ki, sizə qarşı münasibətin məntiqi nəticəsidir. Bu barədə nə deyə bilərsiniz?
- Xəbəri oxudum, bu barədə yazmışdılar. Mən ancaq “Borjomi”ni içməyi sevirəm. Mən alverçi deyiləm ki, “Borjomi” satım. Mən Milli Məclisin deputatıyam və “Borjomi”yə də heç bir aidiyyətim yoxdur. Dediyim kimi, bu suyu içməyə xoşlayıram. Amma “Sirab” ondan da dadlıdır və “Sirab” da içirəm...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024