Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (23-10-2015, 13:45)
Gömrüklə bağlı fərman bizə necə təsir edəcək?

 

 

Ötən gün prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. 

Mediatv.az xəbər verir ki, Sərəncam əsasən gömrük şərtləri xeyli sadələşdirilib. Belə ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirə bilərlər. 

İqtisadçı ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, ölkə başçısının ötən gün imzaladığı fərmanla gömrük prosedurları və qaydaları sadələşdiriləcək, vətəndaşların daha aşağı faizlə mal idxalına imkan veriləcək.


Ekspertin sözlərinə görə, vətəndaşlar bundan sonra ucuz qiymətə istehlak məhsullarını (satış və istehsal üçün nəzərdə tutulmayan məhsulları) ölkəyə idxal etmək imkanlarına malik olacaqlar: “Bu imkan verəcək ki, vətəndaş xarici ölkələrdə olan zaman və yaxud ora gedərkən özünün istehlakı üçün lazım olan məhsulları ölkəyə gətirə bilsin. Əvvəllər malın növündən asılı olaraq 15 faiz gömrük rüsumu tətbiq olunurdu və hazırki fərmandan sonra rüsum ödəmədən həmin məhsulu ölkəyə gətirmək mümkün olacaq. 

Nəzərə alsaq ki, satış üçün gətirilən məhsullarda 18 faiz ƏDV var idi. Bu da məhsulun qiymətini artırırdı. Bundan sonra isə vətəndaş vergi ödəmədən həmin məhsulu ölkəyə gətirə biləcək”. 

V.Bayramov əlavə edib ki, gömrük şərtlərinin sadələşdirilməsi insanların maddi vəziyyətinə də müsbət təsir göstərəcək: “Misal üçün qeyd edək ki, vətəndaş qonşu ölkədə satılan mebelin qiymətini bilir və onu ölkəmizdəki qiymətlə müqayisə edəcək. Həmin məhsulun nəqliyyat xərcləri də daxil olmaqla alınıb ölkəyə gətirilməsi daha ucuzdursa, onda vətəndaş həmin ölkədən məhsulu özü birbaşa ala biləcək. Bundan sonra vətəndaşın seçim imkanı olacaq ki, həmin məhsulu buradan, yoxsa xarici ölkədən alsın. Qiyməti 10 min dollardan az olan bütün məhsullar üzrə vətəndaşın seçim imkanları olacaq. İl ərzində təxminən 2 milyondan artıq vətəndaşımız xarici ölkələrə səfər edir. Səfər müddətində qiyməti 10 min dollardan aşağı olan, şəxsi istehlak üçün nəzərdə tutulan hər hansı bir məhsulu alırlarsa, onu ölkəyə gətirən zaman gömrük rüsumu ödəməyəcəklər. Bu imkan verəcək ki, istirahət üçün xarici ölkəyə gedən vətəndaş özünə lazım olan məhsulları da alıb gətirə bilsin”. 



İqtisadçı hesab edir ki, prezidentin imzaladığı fərman istehlak bazarında qiymətlərin tənzimlənməsinə imkan verəcək: “Seçim imkanları daha çox rəqabət mühiti deməkdir. Vətəndaşın xaricdən məhsul gətirmək imkanları olduğu üçün yerli sahibkarlar da öz məhsullarını daha ucuz qiymətə təklif etmək məcburiyyətində qalacaqlar. Belə ki, rəqabət mühiti bunu yaradacaq. Bununlada qiymətlərin tənzimlənməsi baş verəcək. Ümumilikdə bu fərman istehlak bazarında qiymətlərin tənzimlənməsinə, rəqabət mühitinin yaradılmasına, həmçinin vətəndaşların ev təsərrüfatı məhsullarını daha ucuz qiymətə ölkəyə idxal etməsinə imkan verəcək”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024