Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (26-02-2015, 19:45)
Aydın Əliyev ölkədəki bahalaşmanın əsas səbəbkarıdır... - Gömrük qapılarından başlayan problem

Azərbaycanda yerli istehsalın bəzi məhsullarda 80-85 faizi, ən yaxşı halda isə 40 faizi xaricdən gətirilən xammaldan asılıdır. Və bu idxal olunan məhsullar təbii ki, Azərbaycana dollarla alınıb gətirilir. Xaricdən gətirilən məhsulların qiyməti manatın ucuzlaşmasından sonra bahalaşmağa başlayıb. Hazırda dövlət qurumları inzibati metodlarla bu bahalaşmanın qarşısını almağa çalışırlar. Görəsən bahalaşmanın qarşısını cəza üsulları ilə almaq olarmı? Yaxud, əslində vəziyyətdən çıxış yolu nədir?


İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, xaricdən idxal edilən məhsulların bahalaşmasını əsaslandıran bir sıra amillər var ki, onlardan ən önəmlisi süni şəkildə yaradılan maneələrdir: “Bahalaşmanın qarşısını almaq üçün təklif edirik ki, Azərbaycanda liberallaşma ilə bağlı islahatlar davam etdirilməli və gücləndirilməlidir. Bahalaşma ölkəyə gətirilən məhsullarda baş verir. İdxalın liberallaşdırılması, sadələşdirilməsi həyata keçirilsin, idxal prosesindəki süni maneələr, eyni zamanda qeyri-rəsmi ödənişlər aradan qaldırılmalı və ləğv edilməlidir.”

Ekspert hesab edir ki, bu, birmənalı şəkildə imkan verəcək ki, Azərbaycana xaricdən məhsul gətirən iş adamının xərci azalsın. Nəticədə isə satılan mal və məhsullarda süni artım olmayacaq: “Ölkəyə gətirilən məhsullarda qiymət artımı xərclərin artmasına görə baş verir. Əgər Azərbaycana məhsul idxal edilən zaman sözügedən süni baryerlər, bütövlükdə qeyri-rəsmi ödənişlər ləğv edilərək aradan qaldırılarsa, insanlar o qədər də bahalaşmadan əziyyət çəkməyəcəklər. Bu da imkan verəcək ki, ölkəyə mal gətirən sahibkarın daha az xərci çıxsın. Xərcin azalması isə o deməkdir ki, sahibkar gətirdiyi məhsulu daha baha qiymətə təklif etməyəcək. Qeyri-rəsmi ödənişlərin aradan qaldırılması və idxalın liberallaşdırılması birmənalı şəkildə ölkədə qiymət artımının qarşısını ala bilər.”

Bu məsələyə bir qədər aydınlıq gətirən zaman doğrudan da məlum olur ki, müvafiq dövlət qurumu, yəni Dövlət Gömrük Komitəsi ölkəyə daxil olan mal və məhsullara görə xərcləri qaldırmasa, o zaman süni bahalaşma qətiyyən baş verməz. Belə ki, məsələn, manat dolların qarşısında ucuzlaşmazdan əvvəl Azərbaycana gətirilən mərmərin 1 tonu üçün gömrük işçiləri 280 manat tələb edirdi. Yəni əgər indi də mərmərin bir tonu üçün 280 manat alacaqlarsa, yəni dolların bu günkü kursu ilə xərclər hesablanmazsa, o zaman bahalaşma təbii 10-15 faiz olar. Bu 10-15 faiz bahalaşma da malın dollarla alınıb gətirilməsinə görə olacaq. Çünki sahibkar malı əvvəlki qiymətdən baha alır. Yox, əgər gömrükdə mərmərin bir tonuna görə sahibkardan dolların hazırkı kursu ilə xərc istənilsə, o zaman bahalaşma 60 faizə qədər olacaq. Məhz süni bahalaşmaya yol burda açılır, başqa sözlə əslində süni bahalaşma budur. Yəni gömrükçülər istəsə, ölkəmizdə mal və məhsullar süni şəkildə 50-60 faiz yox, təbii olaraq 10-15 faiz bahalaşar. Bir sözlə, dollar bahalaşandan, manat ucuzlaşandan sonra Azərbaycanda qiymətlərin bahalaşmasını istəməyən hökumət, əsasən gömrük xidmətinə diqqətini yönəltməlidir. Əks-təqdirdə, əgər sahibkardan gömrükdə çox vəsait ödəməyi tələb edəcəklərsə, bu xərclər də gəlib həmin mal və məhsulun üzərinə oturacaq. Necə deyərlər, süni bahalaşmanın ünvanı məlumdur, qalır sadəcə, izzəti-nəfsi bir az azaltmaq... 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024