Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (3-04-2014, 10:23)
“O nömrənin qiyməti 20 min deyil”

“O nömrənin qiyməti 20 min deyil”

2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında olimpiya çempionu adını qazanan Elnur Məmmədli barədə yeni xəbər yayılıb. Onun “Porshe Panamera” markalı avtomobili ilə fotosu saytlarda tirajlanıb. 

Gecce.az saytının xəbərinə görə, E.Məmmədli bu fotonu sosial şəbəkələrin birində paylaşıb. Sözügedən avtomobilin qiyməti 100 min dollardan yuxarıdır.

Saytlarda yayılan informasiyaya görə, maşının “10-EM-010" seriya nömrəsinin qiyməti 20 min manatdır. 

Hazırda qanunvericiliyə görə, nömrə nişanlarına qoyulan dəyərin hansı formada və nə qədər olduğunu öyrənmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. K.Əliyev bunları bildirdi: “Nömrə nişanının qiyməti 20 min manat ola bilməz. Nömrə və hərflərin kombinasiyasından asılı olaraq dövlət rüsumu 500-2500 manat arasında dəyişir. Növbədə olan nömrəni əldə etmək isə cəmi 22 manatdır. Rəqəm və hərfləri eyni olan nömrə nişanları nisbətən daha bahadır. Bu şəkildə seriya nömrəsinin dəyərləndirilməsi yalnız fərdin özünə xas ola bilər. 

Yəni tutaq ki, kimsə nömrəni alıb və 3 il sonra avtomobilini satanda deyir nömrənin qiyməti 30 min manatdır. Amma rəsmi şəkildə belə bir şey yoxdur. 20 min manata olduğu iddia edilən həmin nömrəyə rüsum nəzərdə tutulmayıb, qiyməti 22 manatdır. O ki, qaldı olimpiya qalibimizin qiyməti hansı məbləğdə olan avtomobil idarə etməsinə, şəxsi işidir. O, təmiz qələbə qazanmışdı. Həmin vaxt ona dövlət tərəfindən də mükafatlar verilmişdi. Lakin bir məqamı qeyd edim ki, hazırda  nə həmin nömrə nişanı, nə də avtomobil Elnur Məmmədlinin adına deyil”.

Maraqlıdır, tanınmış siyasilərdən, sənətçilərdən kimlərin maşını hansı markadır və avtomobilinin nömrə nişanı neçəyədir?

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hazırda idarə etdiyi avtomobilin 1996-cı il istehsallı “BMW-528" olduğunu söylədi:

“Nömrəsi 141-dir. Nömrə nişanını 2007-ci ildə 50 dollara almışam. Elnur Məmmədlinin o fotosu haqqında isə deyə bilərəm ki, bu hər kəsin şəxsi işidir. Əsas odur ki, bu 20 min manat qanuni yolla qazanılmış olsun. Mən heç zaman nömrəyə  bu qədər pul verməzdim”.

İqtisadçı-ekspert Nazim Məmmədov isə suallarımızı belə cavablandırdı: “İki maşınım var. Biri ”Mercedes S 350", digəri “Lexus 570". ”Mercedes"in nömrəsi 008, “Lexus”un nömrəsi isə 030-dur. Qiymətini isə bilmirəm. Bu məsələ məni maraqlandırmayıb".

E.Məmmədli barədə yayılan xəbərə də fikrini bildirən ekspert bunu dedi:

“Halal yolla qazananlar nömrəyə 20 min pul verməzlər”.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Qanuna görə, 008 nömrə nişanın qiyməti 1500 manatdır. 

Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli hazırda “KİA” markalı avtomobil idarə etdiyini söylədi: “Avtomobilimin qiyməti indi bazarda 15 min dollar civarındadır. Nömrə nişanı 877-dir. Nömrə nişanına pul verməmişəm, mən alanda üstündə elə bu nömrə idi. Siz dediyiniz kimi nömrələr isə rüşvətlə verilir. Normal ölkələrdə bu cür nömrələr satışa çıxarılır və pul büdcəyə gedir, kim nə nömrə istəyirsə, onu da alır. Misal üçün Gürcüstanı göstərə bilərik”.

Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə 2005-ci il istehsallı “Nissan - Patrol” avtomobilini idarə etdiyini söylədi: “Lakin çox yanacaq yandırdığına görə indi çalışıram az sürüm. Nömrə nişanı belədir: ”Az 90CM 416". Mən nömrə nişanı üçün yalnız dövlət rüsumu ödəmişəm". 

“Toyota Prado” markalı “ofruder” tipli avtomobil idarə edən şair Baba Vəziroğlu isə nömrə nişanı üçün pul ödəmədiyini söylədi: “Nömrə nişanı 10-GR-400-dür. Bu başqa maşından digər maşınıma keçən daimi nömrədir. Ona görə qiymətini bilmirəm”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024