Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (30-03-2014, 22:59)
Millət vəkilindən məmur övladlarının bahalı maşınları ilə bağlı şok açıqlama

Millət vəkilindən məmur övladlarının bahalı maşınları ilə bağlı şok açıqlama

Fazil Mustafa: "Onların maşınlarının qiymətini eşitsək başımızdakı tükümüzün hamısı ağarar"

Son günlər Azərbaycanda məmur övladlarının bahalı maşınları, əyləncəli həyatı geniş müzakirə mövzusuna çevrilib. Qiyməti yarım milyon manat civarında olan avtomobilləri orta və ali məktəbi yenicə bitirmiş, iş həyatına yenicə atılmış məmur övladlarının necə alması məsələsi müxtəlif cür izah olunur. Qiyməti az qala Dubay əmirlərinin bahalı maşınlarının qiymətinə yaxın olan avtomobillərin sükanı arxasında oturan məmur övladlarının bu imkana vəzifədə olan valideynlərinin sayəsində nail olduqları ilə bağlı iddialar irəli sürülür. 

Ölkədə məmurların aldıqları aylıq əmək haqqı ilə qiyməti tərs mütənasiblik təşkil edən bu avtomobillərin necə əldə edilməsi müəyyən şübhəli məqamlara da yol açır.
Amma Azərbaycanda məmurların gəlirləri ilə bağlı heç bir hesabatın olmaması bu qaranlıq məqamlara işıq salmaq imkanını da qəlizləşdirir. Hər halda hər kəsi düşündürən bir sual var, görəsən məmur övladları bahalı maşınları hansı yolla, hansı pulla əldə edirlər? 
Bizdə bu sualı öncə millət vəkilinə ünvanladıq. Millət vəkili Fazil Mustafa "Unikal"a açıqlamasında bildirdi ki, məmur övladlarının bahalı avtomobilləri necə əldə etməsi məsələsinə münasibət birmənalı ola bilməz: "Məmur övladlarının bahalı maşını hansı pulla əldə etməsi məsələsi mübahisəlidir. Yəni bu məsələdə övladı bahalı maşın sürən məmuru korrupsionerlikdə suçlamaq da olmaz. Çünki, Azərbaycanda məmurların çoxunun vəzifə ilə yanaşı şəxsi biznesləridə var. Demək olmaz ki, məmur həmin maşını öz övladına hansı yolla, hansı pulla alıb. Axı həmin məmurun aylıq məvacibindən əlavə biznesi ilə də gəliri var. Azərbaycanda məmurların gəlir deklorasiyası verməmələri onların bu bahalı maşınları hansı yolla əldə etmələrinə aydınlıq gətirmək imkanı vermir. Azərbaycanda məmurun maaşı bilinsə də, onun şəxsi biznesindən nə qədər gəlir əldə etdiyi naməlumdur. Bu isə onların övladlarına aldıqları avtomobillərin dəyərinin gəlirlərindən artıq yaxud da aşağı olması ilə bağlı sualı cavabsız qoyur".
Millət vəkili bildirdi ki, məmur övladlarının bahalı maşınları ilə bağlı xəbərlər məsələnin görünən cüzi bir tərəfidir: "Elə məmurlar var ki, onların övladları öz maşınlarını heç Azərbaycanda üzə çıxartmırlar. Həmin maşınlarla xarici ölkələrdə əyləncəli həyat yaşayırlar. Onların maşınlarının qiymətini eşitsək başımızdakı tükümüzün hamısı ağarar".
Bununla belə millət vəkili bahalı maşın idarə edən məmur övladlarının harın əməllərinin qarşısının alınmalı olduğunu söyləyir: "Ölkə başçısı bununla bağlı çox güclü siyasi iradə ortaya qoyub. Məmurlara ciddi tapşırıq verib. Bununla belə hansısa məmur oğlu bahalı maşınını qudurğancasına, kiməsə zərər verərək idarə edirsə, təbii ki, onun bu qudurğanlığı cəzasız qalmamalıdır".
F. Mustafa bu gün məmur övladlarının bahalı avtomobilləri hansı yolla əldə etməsi məsələsinə işıq salacaq yeganə məqamın məmurların gəlir deklorasiyası verməsi olduğunu söyləyir: "Nə qədər ki, məmurlar öz gəlirlərini gizlədirlər, onların övladlarının sürdüyü bahalı maşınların hansı pulla əldə edilməsi barədə konkret fikir söyləmək olmaz. Ona görə də, tez bir zamanda məmurların gəlir bəyannamələri şəffaf şəkildə açıqlanmalıdır".
İqtisadçı, "Güzəran Sosial Araşdırmalar Mərkəzi"nin rəhbəri Qadir İbrahimlidə "Unikal"a açıqlama verərək bildirib ki, Azərbaycanda hələlik məmur və ya onların harın övladlarının hərəkətlərinin qarşısını almaq üçün hüquqi mexanizm yoxdur: "Prezidentin gəlir bəyannamələrinin tətbiqi ilə bağlı fərmanı 8 ilə yaxındır icra olunmur. Belə bir vəziyyətdə problemi inzibati resursların köməyi ilə aradan qaldırılması mümkün deyil. Bir məmuru işdən çıxartmaq və ya onun harın övladını həbs etməklə problemi çözmək mümkün deyil. İlk növbədə korrupsiyaya qarşı effektiv mübarizə lazımdır. Məmur və ya onun övladı hansı halda harınlayır? Təbii ki, qanunsuz yollarla milyonlara sahib olanda, büdcədən oğurlanmış pullar isə biznesə yox, eyş-işrət məclislərinin, ən müxtəlif fantaziyaların maliyyələşməsinə yönəlir. Əgər korrupsiyaya qarşı effektiv mübarizə olmayacaqsa, gəlir bəyannamələri tətbiq edilməyəcəksə, bu problemi çözmək mümkün olmayacaq". 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024