Gündəm (29-07-2015, 16:49)
Ermənistan girovları geri qaytarır?
"Bəzi siyasi politoloqlar əsir və itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilib, hazırlanması üçün Sarkisyan rejiminin razılığa gəlib işə başlanmasını Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə başlanması kimi qiymətləndirir. Ermənistandakı hakimiyyətin yuxarı dairələrində artıq bu kimi yanaşmalar yer alıb". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirov söyləyib.
Politoloq bildirib ki, Ermənistan müdafiə nazirinin müavinin də çıxışında bu tezisə rast gəlinib: "Onlar girovların geri qaytarılması ilə bağlı məsələ üzərində düşünür və bu məsələni həll etmək istəyirlər kimi ifadələr səslənməkdədir. Düşünürəm ki, Ermənistandakı bu kriminal rejim o qədər asılı vəziyyətdədir ki, onların verdiyi bəyanatın, yanaşmanın ömrünün nə qədər olduğunu demək belə çətindir. Serj Sarkisyan 3 ilə yaxın Avropa İttifaqı ilə ASOSİA sazişi imzalamaqla bağlı danışıqlar apardı və imzalamağa az qalmış son anda sazişdən imtina etdi. Beləliklə, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmaqla bağlı mövqe irəli sürdü. Hesab edirəm ki, S. Sarkisyan sadəcə ona tapşırılanı icra etdi. Hazırda Sarkisyan rejiminin ayrı-ayrı simalarından, məmurlarından belə ifadələr eşidəndə bunun özü ilk baxışdan pozitiv görünür. Əslində isə doğurdanmı Ermənistandakı bu mövqenin sahibləri öz dedikləri sözün üzərində dura biləcəklər? Bu məsələ aktuallaşır. Ona görə də nə qədər ki girovlar geri qaytarılmayıb, Ermənistan rəhbərliyinin dediyi ifadələrə inanmaq olmaz. Həmçinin Ermənistan rəhbərliyi bu gün daha çox öz hakimiyyətini qoruyub-saxlamaq üçün müxtəlif variantlardan istifadə edir, erməni xalqının etirazını boğmaq üçün müxtəlif üsullara əl atır və yeni bir üsul da tapıb. Bu da ondan ibarətdir ki, ümumi səfərbərlik elan ediləcək haqqında xəbərlər iqtidarın mətbuatında yayılmaqdadır. Bildirilir ki, gənclər Azərbaycanla olan sərhədə getsin, eyni zamanda cəbhədə əsgərlik çəksinlər. Bu da ümumi səfərbərlik adı altında bu gün hakimiyyətə etiraz edən gənclərin mitinqlərini dağıtmaq və onları əsgərliyə göndərmək qorxusu ilə etirazları yatırmağa çalışırlar. Belə olan halda ümumi hərbi səfərbərlikdən dəm vuran, Azərbaycana qarşı müxtəlif kompaniyalar aparan rejimdən indiki vəziyyətdə nə isə pozitiv bir şeylər gözləməyin özü çox qəliz məsələdir. Əgər doğurdan da Ermənistan hakimiyyəti girovların qaytarılması ilə bağlı siyasi qərar qəbul edib onu icra etsə, əmin olmaq lazımdır ki, bu qərarın da sahibi Ermənistan deyildir. Ermənistanın yiyələri belə bir addımın atılmasını onlara məsləhət görüb. Hazırda Ermənistan münaqişənin həlli ilə bağlı mövqeyində hər hansı bir pozitiv dəyişiklik olması ilə bağlı tendensiya müşahidə olunmamaqdadır".
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024