Dünya (5-02-2014, 22:36)
Serj Sarkisyan ağır xəstədir
Ermənistan prezidenti Serj Sarkisyan sirrin açılmasında günahkar saydığı 2 məmuru işdən çıxarıb
Prezident Serj Sarkisyanın ağır xəstə olması və xəstəliyini gizlətməsi məsələsi son günlərdə Ermənistan gündəmində ciddi müzakirələrə səbəb olub.
ANS PRESS “IWPR” portalına istinadən bildirir ki, qalmaqal prezident Serj Sarkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbər yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın "Chosun.com" saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sarkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə müalicə alıb.
Əslində ciddi-cəhdlə gizlədilən məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra, prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olmuşdu.
Lakin Serj Sarkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sarkisyanı cəzalandırıb. Hətta baş nazir Tiqran Sarkisyanın da qardaşı olması da ona yardım edə bilməyib. Serj Sarkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin rəis müavini Romik Arutunyanı da işdən çıxarıb. Və bu addımlarına heç bir səbəb göstərməyib.