Dünya (19-10-2014, 19:36)
Sərkisyanın İlham Əliyevin şərtini qəbul etməsi Ermənistan hakimiyyətini susdurub
Ermənistan hakimiyyəti Azərbaycanın hansı şərtlərini qəbul edərək Avrasiya İqtisadi İttifaqına girməsini şərh etmir. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avrasiya İqtisadi İttifaqının Minsk sammitində Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsinə işarə vuran çıxışını rəsmi Yerevan cavablandırmaqdan imtina edir. <p" style="letter-spacing: 0px; font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;">
<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p">
Modern.az saytının erməni KİV-nə istinadən verdiyi məlumata görə Ermənistan Prezident Administrasiyasının rəhbəri Viden Sərkisyan məsələ ilə bağlı ona ünvanlanan sualı susqunluqla qarşılayıb. <p"> <p">
Ermənistan prezidenti Serj Sərkisyanın mətbuat katibi Armen Saqatelyan isə ölkənin xarici işlər nazirinin müavini Savarş Köçəryanın açıqlamasında istinad edib. Lakin o Qazaxıstan rəhbərinin açıqlamasına münasibət bildirməkdən belə bəhanə ilə imtina edib: “Başqa ölkə prezidentlərinin bəyanatlarının şərh edilməsi Ermənistan prezidentinin mətbuat katibinin hüquqi səlahiyyətlərinə daxil deyil”. <p"> <p">
Xatırladaq ki, Ermənistan XİN başçısının müavini Savarş Köçəryan açıqlamasında Yerevan hökumətinin Avrasiya İttifaqına girmək üçün Azərbaycana getdiyi kompromisdə Dağlıq Qarabağ danışıqları ilə bağlı məsələlərin yer almadığını bildirib. <p"> <p">
Qeyd edək ki, bu ilin may ayının 29-da Rusiya, Qazaxıstan, Belarus dövlət başçılarının iştirakı ilə gerçəkləşən Avrasiya İqtisadi İttifaqının təsis konfransında Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın quruma üzvlüyü üçün şərtlərini özündə ehtiva edən məktubunu oxumuşdu. Məktubda prezident İlham Əliyev Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlər çərçivəsində Avrasiya İqtisadi İttifaqına üzv olması şərtini irəli sürmüşdü.
Həmin tədbirdə iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan isə Azərbaycan prezidentinin bu xatırlatmasını biabırçı susqunluqla qarşılamışdılar.<p">
<p">Avrasiya Birliyinin oktyabrın 10-da Minskdə keçirilən sammitində isə Ermənistanın təşkilata qoşulması haqqında sənəd imzalandı. Sammitdə çıxış edən Qazaxıstan lideri Nursultan Nazarbayev çıxışında bəyan etdi ki, Ermənistanın hansı sərhədlər daxilində Avrasiya Birliyinə üzvlüyünə dair məsələlər ətrafında kompromis əldə olunub. Yəni, Nazarbayevin çıxışından belə anlaşıldı ki, Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi Avrasiya İttifaqına qoşmaq istiqamətindəki səyləri fiaskoya uğrayıb. <p"> <p">
Aqşin KƏRİMOV