Dünya (2-06-2014, 10:30)
Sarkisyan sükutu pozdu: “Kim dedi ki...“
Ermənistan prezidenti Astanadan qayıtdıqdan sonra sükutu pozub
Region Ermənistan prezidenti Astanadan olduqca qəmgin və pərt qayıdıb. Bunu erməni mətbuatı yazır. Mətbuat dövlət başçısını Qazaxıstanda Ermənistan və Dağlıq Qarabağ sərhədinin təyin edilməsi məsələsində danışmamasını tənqid edib.
Budur. Nəhayət ki, Serj Sarkisyan danışıb. O, Ermənistanın Respublikaçı partiyasının gənclər qanadının qarşısında çıxış edib. Ölkə rəhbərindən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistanın Avrasiya İqtisadi İttifaqına ÜTT-yə daxil olduğu sərhədlər çərcivəsində daxil ola biləcəyi barədə bəyanatını şərh etməsi istənilib.
Sarkisyan artistik gülüşlə cavab verib "Kim dedi ki, biz Gömrük İttifaqına Dağlıq Qarabağla birgə daxil oluruq? Belə bir şey ola bilməz. Qarabağ bizim qanunvericiliyimizə uyğun olaraq Ermənistanın tərkibinə daxil deyil. Əlbəttə ki, Nazarbayevin çıxışı xoş deyildi. Lakin o elə də zərərli deyil".
Sarkisyan həmişəki kimi ermənisayağı çıxış edib. O, hətta sanki Dağlıq Qarabağdan da bir az boyun qaçırdı. O, Ermənistanın Avrasiya ittifaqına daxil olmaq arzusundan bir söz belə demədi.
Xatırladaq ki, Astanada keçirilən sammitdə Ermənistanın yeni yaradılan ittifaqa daxil olması məsələsinə iyulun 1-də, həm də bütün tələbləri sözsüz yerinə yetirməklə baxılması təklif edilib.
Ermənistan prezidenti özü isə bu razılaşmanı mümkün qədər tez, iyunun 15-dək imzalanmasını istəyirdi.
Sarkisyanın Nazarbayevin bəyanatının Ermənistana hər hansı ziyanının olmamasına gəldikdə isə bu açıq-aşkar uydurmadır. Ziyan vura bilər. Ələlxsus da Avropa Birliyi ilə əməkdaşlıqdan imtina edən bu Cənubi Qafqaz respublikası Avrasiya ittifaqına da qəbul edilməyə bilər. Onda Ermənistan çarəsiz, müttəfiqsiz, yetim kimi qalacaq ki, bu da onun milli iqtisadiyyatının daha da çökməsinə səbəb olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024