Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-02-2014, 14:49)
Əli İnsanov evindən tapılan qızılları axtarır

 

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məhkəmədə olan müxbirinin verdiyi məlumata görə, məhkəmə zamanı keçmiş səhiyyə naziri evindən tapılan qızıl külçələrin məhkəmədə cinayət işinə qatılması barədə vəsatət qaldırıb.

 

Bundan başqa, sabiq nazirin vəkili Toğrul Babayev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarovun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb.

Lakin keçmiş nazirin heç bir vəsatəti qəbul olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. AİHM ötən il martın 14-də Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024