Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-05-2015, 14:05)
"Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər bölgəsində vacib strateji tərəfdaşıdır"

"Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər bölgəsində vacib strateji tərəfdaşıdır"

 

Rəsmi Moskva Azərbaycan rəhbərliyinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın  dərinləşdirilməsi istiqamətində tutuduğu ardıcıl xətti çox yüksək qiymətləndirir.
Mediatv.az  xəbər verir ki, bunu Rusiya XİN Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun  Moskvaya səfəri ilə bağlı mövqeyini açıqlayarkən bəyan edib.
Rusiya XİN bəyan edir ki, bu baxımdan da biz E. Məmmdəyarovun Moskvaya səfərinə Rusiya və Azərbaycan arasındakı   siyasi dialoqun inkişaf etdirilməsi istiqamətində atılan addımlar kontekstinin davamı kimi dəyərləndiririk.
 Rusiya XİN bir daha bəyan edir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz  və Xəzər  bölgəsində vacib strateji  tərəfdaşıdır: “Ona görə də Bakı ilə əlaqələrimizi   bərabərhüquqlu, qarşılıqlı maraqlara hörmət və mehriban qonşuluq əsasında qururuq. Bizim qarşılıqlı əlaqələrimizin prinsip və prioritetlərini müəyyən edən əsas sənəd  1997-ci il 3 iyulda iki ölkə arasında  imzalanmiş dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilədir. Əlaqələrimizə növbəti təkanı verən sənəd isə  3 iyul 2008-ci ildə imzalanan  dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamədir.”
 2014-cü ildə iki ölkə arsındakı ticarət dövriyyəsi 4 mlrd. Dollar təşkil edib. Hazırda 15 sentyabr 2014-cü ilə Hökumətlərarası birgə komissiyasında qəbul edilmiş  qərarların icrasi istiqamətində aktiv iş gedir. Bundan əlavə olaraq  tərəflər iki ölkə arasında  2020-ci ilədək ölkələri arsında uzunmüddətli İqtisadi əməkdalıq Proqramı üzərində yekunlaşdırmaq üzrədirlər.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya  ixracınin artırılması  istiqamətində birgə işlər görülür. Bu məqsədlə xüsusu işçi qrup yaradılıb. Azərbaycanla rusiya arasında əsas qarşılıqlı əlaqələr  regionlararası əlaqələr üzərində qurulub. Hazırda Rusiyanın 71 subyektindən 500-dən artıq şirkətlə  birbaşa  əlaqələr qurulub. Rusiya-Azərbaycan arasında həri il keçirilən regionlararası forumlar  bu cür əlaqələrin möhkəmlənməsinə xidmət edir və Rusiya bu istiqamətdə əldə edilən müsbət praktikanı gələcəkdə də davam etdirmək niyyətindədir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024