Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (29-09-2014, 19:23)
“Biz Xəzər dənizinə sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq”

“Xəzəryanı ölkələr arasında dostluq və çoxistiqamətli əməkdaşlıq bizim regionda stabilliyin, uğurun və təhlükəsizliyin açarıdır”

 

“Xəzər dənizində hərbi fəaliyyət bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyinin bərabər təminatı prinsipi əsasında həyata keçirilməlidir”. 
APA-nn Rusiya bürosunun məlumatına görə, bunu Həştərxanda keçirilən Xəzəryanı ölkə başçılarının IV sammitində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
 
Dövlət başçısı deyib ki, Azərbaycan Xəzərdə hərbi və hərbi-texniki sahələrdə qonşuları ilə əməkdaşlığa mühüm önəm verir: “Hesab edirik ki, Xəzər dənizində hərbi fəaliyyət bütün Xəzəryanı dövlətlərin təhlükəsizliyinin bərabər təminatı prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı inamın güclənməsinə xidmət edəcək. Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olmalıdır”.
 

 

Prezident İ. Əliyev Xəzər dənizin dibinin bölünməsi ilə bağlı Azərbaycan-Qazaxıstan və Azərbaycan-Rusiya razılaşmalarının, o cümlədən üçtərəfli müqavilələrin önəmini vurğulayıb: “Bu müqavilələr Xəzərin hüquqi statusunun tənzimlənməsində mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu müqavilələrdəki prinsiplər bütün Xəzəryanı ölkələr arasında dənizin dibinin bölünməsində razılıq əldə etmək üçün əsas ola bilər. Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına böyük diqqət ayırır. Xəzəryanı ölkələr arasında dostluq münasibətləri və çoxistiqamətli əməkdaşlıq bizim regionda stabilliyin, uğurun və təhlükəsizliyin açarıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024