Dünya (26-04-2014, 12:59)
Putin Obama ilə diplomatik münasibətləri dayandırdı
Bu haqda baş nazir Dmitriy Medvedyevin yaxın silahdaşı İqorYurqens məlumat verib
Rusiyanın Krımı işğal etdiyi gündən Putinlə Obama arasında mütəmadi telefon danışıqları davam edir. ABŞ və AB ölkələrinin Rusiya əleyhinə yeni sanksiyalar hazırladığını nəzərə alaraq, Putin qərara gəlib ki, qarşılıqlı əlaqələr dayandırılmalıdır. Bu barədə “Ukraynskaya pravda” qəzeti Rusiya rəhəbrliyinə yaxın diplomatik mənbəyə istinadən yazır.
“Putin Obama ilə təzyiq altında danışmayacaq” - deyə müasir inkişaf institunun rəhbəri, baş nazir Dmitri Medvedyevin yaxın silahdaşı İqorYurqens deyib. O qeyd edib ki, diplomatik münasibətlər həmşəlik qoparılmayıb.
Qəzetin diplomarik mənbələri qeyd edir ki, Putin hazırki şərtlər altında Obama ilə danışıqlara maraqlı deyil. İki ölkənin liderləri gələcəkdə yenidən razılığa gələ bilərdilər, amma tərəflərdən heç biri Ukrayna böhranının başlanğıcında olduğu kimi birbaşa əlaqə yaratmaq istəmir.
“Cenevrə razılaşması”nın uğursuz olması Vaşinqton və Moskva arasında g`rginliyi daha da gücləndirib. Bununla bərabər, ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, ABŞ Rusiya ilə qarşılıqlı əlaqələri dayandırmayıb və Rusiya tərəfi də bu barədə məlumat verməyib.
Bundan əvvəl birdirilmişdi ki, aprelin 23 və 24-də Con Kerri ilə Sergey Lavrov arasında baş tutmalı olan telefon danışığı baş tutmayıb.