Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (9-04-2015, 19:03)
Müşfiq Atakişiyev əlində 5 milyon dollar qapı-qapı gəzir?

Təfəkkür Universitetinin rektoru lisenziya məsələsində labirintə düşüb, prorektor Rəhim Hüseynovun isə evini satıb

 

 
AST Telmanın qohumunun əliylə diplom işlərini düzəltdiyi deyilir 
Azərbaycanın ən qalmaqallı və saxtakarlıqda ad çıxarmış universitetlərindən biri olan Təfəkkür Universitetində qiymətlər qaldırılıb.
 Mediatv.az-a verilən məlumata görə, hal hazırda buraxılış işləri və diplom üçün tələbələrdən 4000 manat tələb olunur. Halbuki keçən il bu məbləğ 3000 manat təşkil edirmiş. 
Məlumat verən mənbə bildirib ki, rektor Müşfiq Atakişiyevin tapşırığına əsasən yay imtahanları üçün nəzərdə tutulmuş qiymətlər də artırılıb. Hələlik bu barədə tələbələrə rəqəm açıqlamasalar da, xəbərdarlıq ediblər. 
Mənbə həmçinin vurğulayıb ki, Təfəkkür Universitetinin lisenziya müddətini uzatmaq üçün Təhsil Nazirliyi ilə aralarındakı problemi həll etmək üçün Müşfiq Atakişiyev bütün imkanlarını işə salıb. Onun iddiasına görə, əlində 5 milyon dollar pulu olan rektor həmin məbləğə lisenziyanın müddətini artırmaq istəyindədir. Amma hələlik kimsə rektorun təklifinə müsbət cavab vermir. Səbəb də ona olan güvənsizlikdir. 
Məlumatda o da vurğulanır ki, Təfəkkür Universitetində təhsil alan tələbələrin diplomlarını vermək üçün Təhsil Nazirliyi ilə aparılan danışıqlar ilkin mərhələdə baş tutmayıb. Lakin sonradan işə universitetin prorektoru Rəhim Hüseynov qarışıb ki, ona da bu işdə yardımçı olan şəxs AST Telmanın yaxın qohumu olub. Daha doğrusu, məşhur milyarderin qohumu Təhsil Nazirliyi ilə universitet arasındakı «diplom buzları»nı əridə bilib. Bunun üçün Rəhim Hüseynovun «Baksovet»dəki evini satdığı və nazirlikdəki adamına 1,2 milyon dollar pul verdiyi iddialar sırasında var. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024