Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (23-01-2015, 16:10)
Təfəkkür Universitetinin rektoruna ölkədən çıxış yasaqı

Müşfiq Atakişiyevin belə qadağa ilə üzləşməsinin pul qalmaqalına görə olduğu iddia edilir, ona da Elşad Abdullayev kimi etibar etmirlər

 

 
Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevə ölkədən çıxmaq qadağası qoyulub. 
Bu barədə redaksiyamıza təhsil ocağındakı etibarlı mənbələrdən məlumat daxil olub. 
Mənbənin sözlərinə görə, belə bir yasağın tətbiq edilməsinin birmənalı olaraq səbəbləri yoxdur. Lakin ortada belə bir söhbət dolaşır ki, məsələnin kökündə duran əsas amil pulla bağlıdır. Belə ki, ortada bğöyük bir məbləğdən söhbət getdiyi vurğulanır. 
Mənbənin bildirdiyinə görə, «tələbə köçürməsi» və digər əməliyyatlardan əldə olunmuş pulların 4 milyon dollarından artıq hissəsi ilə bağlı Atakişiyev «şəriki» olduğu adamlara hesab verə bilməyib. Hər dəfəsində bununla bağlı söhbət düşdüyündə birtəhər vəziyyətdən çıxan rektor sonunda «ilişib». İndi isə «şərik»lər Təfəkkürün rəhbərindən həmin «yoxa çıxmış» 4 milyon dolları tələb edirlər. 
Mənbənin sözlərinə insansaq mənzərə belədir ki, Müşfiq Atakişiyev həmin pulu geri qaytarmadığına görə ölkədən çıxışına qadağa qoyulub. Üstəlik, bəzi dairələr onun da ABU-nun sabiq rektoru Elşad Abdullayev kimi ölkədən çıxdıqdan sonra bütün sirləri açıb tökəcəyinə şübhə etmirlər. 
Qarşı tərəfi də dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024