Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (5-12-2014, 14:55)
Təfəkkür Universitetində rüşvətin “gəlmə” - “yerli” qalmaqalı

Müşfiq Atakişiyev kəsiri olan “gəlmələr”dən 1500 manat, “yerlilər”dən isə 1000 manat istəyir, qiş sessiyasında bahalıq olacaq

 

Azərbaycanda təhsil sisteminin “qara yaraları” sırasında əsas yerlərdən birini tutan Təfəkkür Universitetində yenidən qalmaqal baş qaldırıb.
Jam.az-a daxil olan məlumata görə, tələbə “köçürmələri” ilə məşğul olan və bu zaman hər il milyonlarla pul qazanan universitetin rektoru Müşfiq Atakişiyev bu il üçün növbəti “icadı”nı reallaşdırmağa başlayıb.
Verilən məlumatda deyilir ki, Təfəkkür Universitetində hal hazırda tələbələr iki kateqoriyaya bölünüb. Birinci kateqoriya TQDK-nın xətti ilə imtahan verərək qəbul olunmuş tələbələrdən ibarətdir. Onların arasında dolayı yolla qəbul olunanların da azlıq təşkil etmədiyi deyilir. 
Məlumatda ikinci kateqoriyaya aid olan tələbələrin isə “gəlmə” olaraq adlandırıldığı vurğulanır. Bu uşaqlar əsasən rektor M.Atakişiyevin “yaratdığı”, adı olub özü olmayan “filial”ından gələnlərdir. Təfəkkür Universitetinin Dərbənd “filial”ı əsasən “növbətçi” funksiyasını yerinə yetirir. Bu zaman qəbul 15 min manatdan başlayır və bir ildən sonra orada “oxuyan”lar Bakıdakı əsas hissəyə köçürülür. Bununla bağlı geniş araşdırmamız olacaq və yaxın günlərdə yayımlayacağıq. 
Qeyd edilir ki, Atakişiyev “gəlmə”lərlə “yerlilər” arasında ciddi fərq qoyduğundan narazılıq baş qaldırıb. Daha doğrusu, valideynlər bu ayrı-seçkiliyə qarşı çıxaraq, rektordan izahat tələb edirlər. Verilən məlumatda deyilir ki, Təfəkkür Universitetinin rektoru kəsiri olan “gəlmə”lərdən 1500 manatdan pul alınmasını istəyib. “Yerlilər” üçün bu qiymət isə 1000 manatdan başlayır. 
Məlumatda deyilir ki, qış sessiyasına ciddi hazırlaşan M.Atakişiyev və adamları tələbələrə bu il “bahalıq” olacağını da indidən çatdırıblar. Onlara hazırlıq görmələrini, “tədarük”lü olmaları “tövsiyyə” olunub. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024