Gündəm (3-02-2015, 13:55)
Binəqədidə park çökür – Fotolar
Paytaxtın Binəqədi rayonu, “Dərnəgül” metro stansiyasının qarşısındakı parkın daş örtüyü çökür
Mediatv.AZ publika.az-a istinadən bildirir ki, 2011-ci il iyunun 29-da vətəndaşların istifadəsinə verilmiş parkın daş örtüyünün bir neçə yerində çatlar yaranıb və yerə döşənmiş daşlar dağılıb.
“Dərnəgül” metrostansiyasının yerüstü sahəsini əhatə edən 10 hektardan artıq ərazisində 4 il bundan əvvəl salınmış yeni parkda abadlıq və yenidənqurma işləri 2011-ci ilin yayında görülüb. Burada sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib və suvarma sistemi yaradılıb.
Görünür, park salınarkən yer örtüyü ilə bağlı dəqiqləşdirmələrdə boşluqlara yol verilib.
Altında metro stansiyasının və yeraltı tunel xətlərinin yerləşdiyi parkın ərazisində, habelə buradakı avtomobil yolunun asfalt örtüyünün bir sıra yerlərində çökmələrin yaranması yerə düzülən daşların dağılmasına səbəb olub. Bununla yanaşı, parkın daş düzülmüş döşəməsində də otlar cücərməyə başlayıb. Bütün bunlar isə daşların sırasının pozulmasına, habelə istirahət məkanının asfalt örtüyünün dağılmasına səbəb olub.
Parkın döşəməsinin çökməsi buradakı avtobus dayanacağının da bir qədər qabağa əyilməsinə səbəb olub. Həmçinin istirahət məkanının daş divarlarında da çatlar yaranıb.
.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024