Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-06-2014, 22:33)
Zibilxanaya çevrilmiş istirahət parkı-REPORTAJ

 

Badamdar qəsəbəsində Zərifə Əliyevanın adını daşıyan parkdakı istirahət-əyləncə avadanlıqları dağıdılıb

Badamdar qəsəbəsində, "Badam" kafesininin yaxınlığındakı istirahət parkı sökülərək xarabalığa çevrilib. Tofiq Məmmədov küçəsində tanınmış oftalmoloq Zərifə Əliyevanın adını daşıyan parkın dağıdılması qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olub.

"Həftə içi"nin məlumatına görə, park doğrudan da inanılmaz hala salınıb. Belə ki, parkın 16 mərtəbəli yaşayış binası tərəfindən təzə salınmış mini-futbol meydançası tamamilə dağıdılıb. Meydançanın yaşıl örtüyü və qapı torları yararsız hala düşüb. Futbol meydançası tərəfdən parkın dəmirdən olan giriş qapılarının qarşısı zeytun ağaclarının kəsilmiş budaqları ilə əhatələnib. Kəsilmiş ağacların yeri isə zibilxanaya çevrilib. Sakinlərlə söhbətdən məlum olur ki, ətraf binalardan bütün məişət tullantıları bu əraziyə atılır. Üstəlik parkın içərisində böyük bir ərazidə ən azı 3-4 metr dərinliyində tikinti üçün meydança qazılıb. Bu meydançaya da məişət tullantılatı atıldığından ərazi natəmizliyə qərq olub. Parkın ərazisində əkilmiş bəzək ağacları baxımsızlıqdan tələf olub.

Firdovsi adlı sakin vaxtilə bu parkın Badamdar qəsəbəsində ən gözəl istirahət mərkəzlərindən olduğunu xatırlayır. Onun sözlərinə görə, Zərifə Əliyevanın adını daşıyan bu parkda sakinlərin istirahəti üçün hər cür şərait vardı: "Əvvəllər Badamdar paytaxtın ən təmiz və abad qəsəbələrindən bir idi. Artıq qəsəbəni bərbad günə qoyublar. Bir ildən çoxdur ki, parkın ərazisində qazıntı-söküntü işləri aparıblar. Parkın ərazisində klub vardı, sovet dönəmində bu klubda tamaşalar, teatr və konsertlər olardı, yığıncaqlar keçirilərdi. Deyilənə görə, indi həmin klubu söküb yerində mehmanxana tikmək istəyirdilər. Amma bu iş də baş tutmadı, işlər yarımçıq dayandı. Ona görə də indi klubun qazılmış yerini zibilxanaya çeviriblər. İndi oturmağa bir yer yoxdur, hər tərəf zibilliyə qərq olub".

Firdovsi bildirir ki, vaxtilə bu parkda abadlığa və təmizliyə ciddi fikir verilirdi. Onun sözlərinə görə, qəsəbə icra nümayəndəliyi və Mənzil-Kommunal İstismar Sahəsi bu ərazidə yerləşsə də, parkın ətrafında abadlığa və təmizliyə fikir verilmir. Belə ki, zibil vaxtlı-vaxtında daşınmadığından park əvvəlki görkəmini dəyişib.

Təkcə parkın ərazisinin deyil, bütövlükdə qəsəbədəki natəmizlikdən şikayətlənən həmsöhbətimiz deyir ki, məhəllədaxili yollar da dağılmaqdadır. Onun sözlərinə görə, bu ərazidə məhəllədaxili yollar sonuncu dəfə keçmiş qəsəbə nümayəndəsinin dövründə asfaltlanıb: "İndi qəsəbənin əksər yolları dağılıb-tökülür. Halbuki əvvəllər həm yollarımız abad idi, həm də parkda sakinlərin istirahəti üçün hər cür şərait vardı. Uşaqların oynaması üçün yelləncəklər, müxtəlif növ attraksionlar quraşdırılmışdı. Parkın mərkəzində fəvvarələr tikilmişdi, fontan qoyulmuşdu. Çoxlu sayda bəzək ağacları və kollar, yaşıllıq zonaları isə parka xüsusi gözəllik verirdi. Amma indi hər şey nəzarətsiz qalıb deyə, əvvəlki səliqə-sahman da itib-batıb".

Firdovsi söyləyir ki, parkdakı uşaq əyləncə qurğuları, hətta fəvvarə də sökülərək dağıdılıb. Onun sözlərinə görə, parkın ərazisinə tökülmüş torpağın tozunu külək vuraraq ətrafa, binaların pəncərəsindən mənzillərə doldurur: "Ona görə də qəsəbə natəmizlik içərisindədir. Məişət tullantıları vaxtlı-vaxtında daşınmır. Baxmayaraq ki, Badamdar məsafə baxımından paytaxtın mərkəzinə ən yaxın qəsəbədir".

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024