Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (8-04-2014, 23:09)
Qazaxda icra başçısının “şişirtmə” əməliyyatı

 

Redaksiyamızın elektron poçtuna Qazaxdan şikayət məktubu daxil olub. Rayonda baş verən yeyinti hallarından bəhs edən məktubda Qazax rayon icra başçısı Ayaz Əsgərovun şəhərin mərkəzində inşa edilən “Fəxri Qazaxlılar” parkı inşası zamanı dövlət büdcəsindən külli miqdarda vəsait mənimsədiyi iddia olunur.

 

Məktubda bildirir ki, 3 hektara yaxın sahəsi olan park tamamilə yenidən qurulmuş, parkın ərazsinidə büstlər, heykəllər təzələnmiş, şəlalə fəvarələr tikilmiş və sair işlər görülmüşdür. Bu zaman icra başçısının Qazax şəhəri üzrə nümayəndəsi Rövşən Nəbiyevin nəzarəti altında tikilən parkda işlərin əksəriyyətinin maliyyə smetası bir neçə dəfə artırılmışdır. Məktub müəllifi idda edir ki, görülən işlərdə əsasən işlənən avadanlıqların, fəhlələrin maaşlarının və sair zəruri malların qiymətləri şişirdilib.

 

Məsələn, parka 4 min p/m uzunluğunda bardur düzülmüş, 8 min m2 ozon qatı salınmış, bundan başqa dekorativ ağaclar və güllər, gül kolları əkilmişdir. Parka düzülmüş qazon qatının və gül kollarının qiyməti bir neçə dəfə artırılıb. Bundan başqa parkın ərazisində quraşdırıaln uşaq əyləncə qurğularının alınma qiymətləridə fantastik dərəcədə sənədləşdirildiyi bildirilir.

 

Məktub müəllifi bu sıraya həmçinin işıqlanma sisteminin avadanlqılarınıda əlavə edərək qeyd edir ki, icra nüamyəndəsi Rövşən Nəbiyev icra başçısı Ayaz Əsgərovun köməkliyi ilə külli miqdarda “qazanc” əldə edib. Əldə edilən qazancın isə bir nömrəli sahibinin məhz icra başçısı olduğu qeyd olunur.

 

Bütün bunlardan xəbərdar olan şəxs qeyd edir ki, icra başçısnın Qazax şəhərində həyata keçirdiyi bir sıra “əməliyyatlar”ı məhz icra nümayəndəsinin əli ilə həyata keçirir. Bunlardan biri də məhz şəhərin bir çox yerlərində abadlıq işi məşğul olan “ Kəpəz-1” MMC və digər şirkətlərdir.

 

Mənbə idda edir ki, rayonun daxili büdcəsindən ayrılan vəsaitlər hesabına abad olunan Qazax şəhərinin küçələrində görülən işləri məhz icra nüməyəndəsi Rövşən Nəbiyev təhvil alıb. Bu təhvil alma əməliyyatı zamanı isə külli miqdarda vəsaitin mənimsənildiyi bildirilir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024