Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (4-03-2014, 20:13)
Partiya sədri öldürülən salyanlıdan danışdı

 

KXCP-nin Salyan təşkilatının üzvünün güllələnərək və bıçaqlanaraq öldürülməsinə partiya sədri Mirmahmud Mirəlioğlu münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında M.Mirəlioğlu deyib: “Hadisənin səbəbi bilinmir. Orada olan üzvlərimiz də bilmirlər ki, nədir. Bilirik ki, qara rəngli maşın olub, evindən çağırıblar. Yəni mətbuatda olan informasiyalar qədər bilgiliyik”. 

 

M.Mirəlioğlu deyib ki, Qarabağ müharibəsindən keçmiş Aydın Xəlilovla bir nəfər bacara bilməzdi: “Fiziki gücünə, təcrübəsinə görə onunla bacara bilməzdilər. İlkin ehtimalım budur ki, Azərbaycanda olan və hakimiyyətə bağlı kriminal var. Buna görə də ölkədə özbaşınalıq, “bespredel” baş alıb, gedir. Qanunlar işləmir”. 

Partiya sədri A.Xəlilovu hörməti olan, nüfuzlu partiya üzvü kimi xarakterizə etdi: “El-obada hörmətini saxlayırdılar. Yaşının azlığına baxmayaraq, sayılıb-seçilən söz sahibi idi. Hər hansı bir probleminin olduğunu da bilmirəm”.  

KXCP Salyan təşkilatının üzvü Tahir Əliyev isə dedi ki, artıq A.Xəlilovun meyiti Salyan rayon Məhkəmə Tibb ekspertizasına aparılıb: “Ora getdik, dedilər ki, çıxın gedin, özümüz araşdırırıq. Bildiyimiz odur ki, evdən çağırıb, aparıblar. Aydın kənd təsərrüfatı ilə məşğul olaraq, öz övladlarını, ailəsini saxlayan adam idi. Bir də boksçu idi. Rayonda idman zalı vardı, uşaqlara boks öyrədirdi. Son zamanlar bu işlə də məşğul olmurdu. Heç kimlə işi yox idi. Bunu kim edib, niyə edib, bilmirik”.

T.Əliyev deyib ki, A.Xəlilovun ölümü ilə bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024