Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2014, 14:50)
“Rüşvət alan adamı nə üçün müdafiə edirsiniz?”

 

“Azərbaycanın bir sıra kollec direktorları rüşvət alırlar. Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları isə həmin şəxsləri tuturlar. Sonra isə müxalifət həmin rüşvətxorları müdafiə etməyə başlayırlar və deyirlər ki, nə olsun filankəs 500 manat alıb?”. 

 

 

Bunu Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov bildirib.

 

 Ötən il Ağcabədidə tələbələrdən dəftər tutub rüşvət aldığına görə həbs edilən şəxsin müxalifət tərəfidən müdafiə olunduğunu vurğulayan Z.Qaralov deyib: “Axı nə üçün rüşvət alan bir adamı müdafiə edirsiniz? Müxalifətin aləmində korrupsiya ilə mübarizə yalnız nazirlərin tutulmasıdır. Bu cür yanaşma düz deyil. Kimliyindən asılı olmayaraq kimlər rüşvət alırsa, onlara qarşı əməliyyat keçirilir. Əməliyyatlar vətəndaşın müraciəti əsasında keçirilir. Burada fərqi yoxdur, ya nazirdir, ya da adi işçi. Müxalifət məsələ qaldırır ki, guya korrupsiyanın olduğunu təkcə onlar bilirlər. Onlar fikir versinlər ki, Prezidentimiz hökumətin iclasında korrupsiya ilə bağlı kəskin məsələ ortaya qoyub. Prezident kəskin məsələ qoyur, biz də onun əsasında toplantılar keçiririk və bütün məmurlara bunu çatdırırıq. Ancaq müxalifət isə indi korrupsiya və rüşvətə görə tutulan adamların müdafiəsinə qalxır. Demək istəyirəm ki, Azərbaycanda yaxşı nə baş verirsə, bu, müxalifətin gözündə mütləq pis olmalıdır. Bizim partiya açıq və şəffafdır. Biz partiyanın iclasında rəqəmləri də açıq formada söylədik ki, nə qədər üzvümüz var və partiyamızın 1 illik topladığı vəsait nə qədər olub. Ötən il YAP-ın ümumi topladığı gəlir 7 milyon manat olub. Bu üzvlük haqqından yığılan pullardır”.

 

Z.Qaralov qeyd edib ki, indi müxalifət uçruma yuvarlanır: “Özləri özlərini sıfıra aparırlar. Öz qəzetlərində açıq formada bir-birlərini abırsız formada rüsvay edirlər. Dününən bir yerdə çörək yeyənlər bu gün birlərini təhqir edirlər. Ancaq bizim partiyada belə şey yoxdur. YAP-da bir nəfər digərinin üstünə uca səslə danışmayıb. Mən də çox istəyirəm ki, Azərbaycanda sağlam və bizimlə rəqabətə girə bilən müxalifət partiyaları olsun. İndi Azərbaycanda partiyaların sayı çoxdur, ancaq sanbalı yoxdur. Ötən il müxalifət partiyaları seçki ərəfəsi birləşib özlərini rüsvay etdilər ki, guya 65 faiz səs toplayıblar və biz səs oğurlaşmışıq və sairə. Mən dəfələrlə demişəm ki, görünür müxalifətin özü səs oğurluğu il məşğul olur. Ona görə də gərək hər şeyin reallığını deyəsən, real rəqəmləri səsləndirməkdən çəkinməyəsən. Təmiz iş görəsən ki, bu da təmiz nəticələr versin. Bizim partiya da belə işləyir”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024