Siyasət (13-02-2014, 15:08)
Müsavatçı gənclər niyə qovuldu?- Partiyadan açıqlama
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas iki müsavatçı gəncin-Cavanşir Abbaslı və Kərim Kərimlinin partiyanın Gənclər Təşkilatından çıxarılmasına münasibət bildirib.
Əhliman Abbas “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər bir təşkilatın özünün nizamnaməsi olur: “Təşkilat həmin nizamnamənin tələblərinə uyğun olaraq çərçivələnir. Kim bu nizamnaməni pozursa və təşkilatın ümumi xəttinə sosial şəbəkələrdə və digər yerlərdə ziyan vurursa, nizamnamə çərçivəsində cavablarını almalıdır. Konkret həmin o iki gənc də nizamnamədə qeyd olunan partiya qərarlarını icrasına riayət etməməkdə, təşkilatın şərəf və ləyaqətini yüksək tutmamadığı aşkar olunub. Buna görə də kollegial qaydada iclas keçirilərək həmin şəxslər partiyadan uzaqlaşdırılıb”.