Sosial (23-02-2014, 15:26)
12-ci «kolon»un rəisinə qarşı ittiham
12 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslara işgəncə verildiyinə dair məlumatlar var. Həmin məlumatlarda deyilir ki, kolonun rəisi Rauf Məmmədov məhbuslarla yaxşı davranmamaqla yanaşı, onların döyülməsinə şərait yaradır. Jam.az-a müraciət edən Salyan rayonu, Əlövsət Quliyev küçəsi 14-də yaşayan Esmira Hüseynova isə həbsdə olan həyat yoldaşının başına gətirilənlərdən bəhs edib.
Bir uşaq anası qeyd edir ki, həyat yoldaşı Ceyhun Əbdülhəsən oğlu Hüseynov 1,6 il bundan əvvəl narkotik maddələrin alqısı, satqısı və istifadəsi maddələri ilə həbs olunub və 5 il cəza alıb. E.Hüseynova bildirir ki, 12 saylı Cəzaçəkmə Müəssisəsində olan həyat yoldaşının yanına imkansızlıq üzündən gedə bilmir. İndiyə qədər cəmi 3 dəfə əriylə görüşə bildiyini vurğulayan Salyan sakini deyib ki, sonuncu dəfə C.Hüseynovu gördükdə tanımayıb. «Ərimin bədənində salamat yer yox idi. O qədər vurmuşdular ki, görəndə tanımadım. Döyülməsi açıq şəkildə görünür. Qulağından qan gəlir, hərəkət edərkən çətinlik çəkir. Nəyə görə işgəncəyə məruz qaldığını bilmirəm. Özü də bu barədə bir söz demədi».
Məhbusun həyat yoldaşı ərinin 12 saylı «kolon»un rəisi Rauf Məmmədov tərəfindən döyüldüyünü iddia edir. Esmira Hüseynova deyib ki, hətta sonuncu dəfə ərini onunla görüşə «kars»dan çıxarıb gətiriblər. Salyan sakininin iddiasına görə, «kolon» rəisinin davamlı olaraq onun ərzinə işgəncə verməsinin tək səbəbi maddi imkanlarının olmamasıdır. «Bu ərimin pulunun olmaması ilə bağlıdır. Çünki orda azca imkanı olan dustaqlarla bu şəkildə davranmırlar. Ancaq kasıb uşaqlarını incidirlər. Belə davam edərsə, həbsxanada olan imkansız dustaqların hamısı ödöyülərək, öldürüləcək».
Esmira Hüseynova əlaqədar təşkilatlara və dövlət qurumlarına müraciət edərək, onlardan kömək istəyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024