Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-03-2014, 12:43)
Partiya regionlarda bir neçə toplantı keçirib

 

Bu həftə Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, partiya sədrinin Təşkilat Məsələləri üzrə müavini Rəfail Tağızadə, Seçki və Təbliğat məsələləri üzrə müavini Taleh Əliyev, Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva Azərbaycanın müxtəlif bölgələrinə səfərlər ediblər. Səfər zamanı Cənub regional müşavirəsi, Masallı rayon təşkilatlarının məclisi, Şabran rayon şöbəsinin konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı və Göyçay rayon şöbəsinin qadın üzvləri ilə görüşlər keçirilib. 

 

Cənub Regional müşavirəsi keçirilib

Masallı şəhərində keçirilən Cənub Regional Müşavirəsində Ümid Partiyasının Masallı, Cəlilabad, Neftçala, Lənkəran və Astara rayon şöbə sədrləri, həmçinin R.Tağızadə və T. Əliyev iştirak ediblər. Müşavirədə Ümid Partiyasının 2014-cü il fəaliyyət planına uyğun olaraq rayon şöbələrinin qarşısında duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb. Bələdiyyə seçkilərinə hazırlığın 2014-cü ildə prioritet məsələ olduğunu qeyd edilib. Müşavirədə Rayon Şöbələrində Seçki Qərargahlarının yaradılması, may ayından gec olmayaraq ilkin namizədlər siyahısının hazırlanması və namizədlərin bələdiyyə subyektləri üzrə seçki platformalarının əsas tezislərinin müəyyənləşdirilərək Mərkəzi Aparata təqdim olunması qərara alınıb.

Masallı Rayon Şöbəsinin Məclisi toplantı keçirib

Elə həmin gün Ümid Partiyası Masallı Rayon Şöbəsi Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda fevral ayının 8-də keçilən Ali Məclisin qərarlarının icrası və bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə olunub. Seçki Qərargahının yaradılması və ilkin namizədlərin siyahısının hazırlanmasının sürətləndirilməsi tövsiyə olunub.

Şabranda rayon şöbəsinin konfransına hazırlıq üzrə Təşkilat Komitəsi toplanıb

Ümid Partiyası Şabran rayon şöbəsi konfransına hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda partiya sədrinin Təşkilat məsələləri üzrə sədr müavini Rəfail Tağızadə iştirak edib.

Toplantıda Təşkilat Komitəsinin keçən dövr ərzində gördüyü işlər və növbəti konfransa hazırlıq məsələləri müzakirə olunub. Lazımı tapşırıqlar verilib. Eyni zamanda ictimai-siyasi vəziyyət, Bələdiyyə seçkilərinə hazırlıq və yeni özəklərin yaradılması ilə bağlı tövsiyələr verilib.

Partiya sədrinin müavini Göyçayda partiya üzvü olan qadınlarla görüşüb

Bu həftə Göyçaya səfər edən Ümid Partiyası sədrinin Ailə, Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva partiya üzvü olan qadınlarla görüş keçirib. Görüşdə qadınların ictimai-siyasi proseslərdə rolu, gender bərabərliyi və qadın hüquqları müzakirə olunub. K. Quliyeva qadınları maraqlandıran sualları cavablandırıb. Habelə, sədr müavini Bərdədə yerləşən məcburi köçkün qadınlara baş çəkərək onların problemləri və həyat şəraitləri ilə maraqlanıb.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024