Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-03-2022, 11:09)
Çanaqqala körpüsü bu gün istifadəyə veriləcək

Çanaqqala körpüsü bu gün istifadəyə veriləcək

Bu gün Türkiyədə “1915 Çanaqqala körpüsü”nün açılış mərasimi keçiriləcək.

Mediatv.az “Hürriyet”ə istinadən xəbər verir ki, açılış mərasimi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq və Türkiyə vaxtı ilə 16:00-da başlayacaq.

Xatırladaq ki, sözügedən körpünün ilk olaraq fevralın 26-da açılması planlaşdırılırdı. Lakin daha sonra Ərdoğan körpünün Çanaqqala zəfərinin ildönümündə, yəni martın 18-də açılışına qərar verdiklərini açıqlayıb.

“1915 Çanaqqala körpüsü” dirəkləri arasındakı ən uzun məsafəyə və qülləsinin uzunluğuna görə dünyanın ilk belə asma körpüsüdür. Körpünün bünövrəsi 2017-ci il martın 18-i qoyulub. Uzunluğu 3869 metr olan bu asma körpünün qüllələri arasında məsafə Cümhuriyyətin 100 illiyinə uyğun 2023 metrdir. Hündürlüyü 318 metr olan körpünün eni 45,06 metrdir. Bununla yanaşı, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən bu körpü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsüdür.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024