“Rusiya bizim xalqımızı məhv etməməli, azad şəhərlərimizdə bu qədər asanlıqla terror törətməməlidir”.

Mediatv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı deyib.

Ukrayna Prezidenti qeyd edib ki, havadan müdafiə sistemləri çox vacibdir:

"Bizim güclü havadan müdafiə sistemlərimizə ehtiyac var ki, xalqımızı qoruya bilək. Sizdə bunlar var. Amma onlardan Ukrayna səmasını qorumaq üçn istifadə olunmur. Mənim indi sizin köməyinizə ehtiyacım var”.