Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi Rusiyanın Avropa Şurasından çıxarılmasını tələb edən layihə hazırlayıb.

Mediatv.az xəbər verir ki bu barədə TASS agentliyi məlumat yayıb.

Sənəd bu gün səsverməyə çıxarılacaq.

"Asambleya hesab edir ki, Avropa Şurası Nazirlər Komitəsi Rusiyadan Avropa Şurasından çıxmağı xahiş etməlidir. Rusiya bu tələbi yerinə yetirməsə, Assambleya Nazirlər Komitəsinə mümkün qədər tez zamanda qərar verməyi təklif edir”, - sənəddə deyilr.

Komitə həmçinin AŞPA Bürosuna bütün fəaliyyət sahələrində Belarus hakimiyyəti ilə əlaqələri dayandırmağı tövsiyə edib.