Polşada "MiQ-29" qırıcılarının Ukraynaya verilməsi məsələsi hələ də bağlanmayıb. Ölkə kömək etmək niyyətindən əl çəkməyib.

Mediatv.az xəbər verir ki, bunu "RBC-Ukrayna"ya müsahibəsində Polşa Baş Naziri Aparatının rəhbəri Mixal Dvorçik bildirib. 

"Biz MiQ 29"larımızı təhvil verməyə hazırıq, lakin ilk növbədə, NATO müttəfiqlərimizlə, ilk növbədə amerikalılarla birgə müttəfiqlərin ümumi qərarının bir hissəsi kimi, üstəlik, bu sinfin digər təyyarələri ilə bu boşluğu doldura biləcəyimizə zəmanət etməliyik ki, Polşa bununla öz müdafiə potensialını məhdudlaşdırmır", - Dvorçik qeyd edib. 

Eyni zamanda o, ABŞ-ın hələlik bu istiqamətdə heç bir addım atmadığını vurğulayıb: "Mən istərdim ki, Ukraynanın müstəqillik uğrunda mübarizəsində həmrəylik nümayiş etdirək. Amma mən başa düşürəm ki, bəzi proseslər vaxt tələb edir və müəyyən müzakirələrin həlli, ona görə də hesab edirəm ki, bu mövzu hələ bağlanmayıb".