Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-03-2022, 12:23)
ABŞ sanksiyaları ləğv etmək üçün şərtlərini açıqlayıb

 "Rusiya müharibəni dayandıraraq Ukraynada tikintilərə yardım və sülhü bərpa edərsə, ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyarsa, sanksiyalar da aradan götürülər".
Mediatv.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Viktoriya Nuland TASS-a müsahibəsində bildirib.
“Rusiyanın danışıqlar masasının qoyduğu sualların çoxu ilə bağlı danışıqlara hazır idik. Biz hətta bildirmişdik ki, Ukraynada hücum silahlarının yerləşdirmək niyyətində olmadığımızı da bəyan etmişdik. Biz NATO-ya qoşulmaq istəyən dövlət barədə başqası ilə danışmağa, həm də alyansın əvəzində Rusiyanın qərar qəbul etməsinə də icazə verməyə hazırlaşmırdıq”, - o vurğulayıb.
V.Nuland deyib ki, Rusiya hazırda Ukraynanın bir dövlət olaraq mövcudluğunu inkar edir.
Rusiya ilə Ukrayna arasında münaqişənin Qərbin yaratdığını inkar edən amerikalı diplomat deyib: “Əgər istəsəniz, bu məsələni sizinlə gündoyu müzakirə edə bilərik. Ancaq Ukrayna və NATO Rusiyaya qarşı sıfır təhlükə törədirdi”.
V.Nuland Moskvanı Ukraynanı Rusiyaya yenidən birlədirməklə Sovet İttifaqı yaratmaqda ittiham edib: “Moskva lap əvvəldən Ukrayna və Belarusu yenidən özünə birləşdirməklə 1979-cu ilin sovet fantaziyasına qayıtmaq istəyirdi”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025