Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-03-2022, 11:00)
KTMT-nin Ukraynada mövcudluğu realdırmı? - AKTUAL

 Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılıq fəaliyyəti barədə sazişə dəyişiklik edilməsi haqqında protokolu ratifikasiya üçün təqdim edib.
Sənəd Dumanın elektron bazasında yerləşdirilib.

Qeyd olunur ki, protokol BMT-nin himayəsi ilə keçirilən əməliyyatlarda iştirak edəcək sülhməramlı qüvvələri formlaşdıran "əlaqələndirici dövlət" anlayışının tətbiqini nəzərdə tutur.
"Protokol "əlaqələndirici dövlət" anlayışının tətbiqini və bu dövlətin himayəsində BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edəcək KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur" - sənəddə deyilir.

Qeyd edək ki, protokol 16 sentyabr 2021-ci ildə Düşənbədə imzalanıb.

Ukrayna ilə müharibə şəraitində olduğu dövrdə Rusiyanın bu addımı atmasının səbəbi nədir? Mediatv.az-ın məlumatına görə, bu barədə “Şərq”ə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya siyasi arenasında uzun müddətdir KTMT-nin sülhməramlı fəaliyyətində dəyişikliklər edilməsi gözlənilirdi.

“Daha əvvəl Qazaxıstan hadisələri fonunda təşkilatın silahlı qüvvələrinin bu ölkəyə daxil olması ciddi müzakirələrə səbəb olmuşdu. Çünki KTMT-nin sülhməramlı fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməmişdi. Boşluqların olduğu ortaya çıxmışdı.

İndiki dövrdə verilən bu qərar boşluqların aradan qaldırılmasına hesablanıb. Eyni zamanda gələcəkdə KTMT-nin hər hansı ölkə ərazisində sülhməramlı kimi fəaliyyətini daha qanuni formada təqdim edə bilmək üçün həmin dəyişikliklər edildi.

Müharibədən sonrakı dövrdə Ukrayna ilə Rusiya arasındakı münasibətlərin hansı səviyyədə olacağı indidən proqnozlaşdırılmır. Əgər yenidən qondarma Donetsk və Luqansk respublikaları öz mövcudluqlarını saxlasalar Rusiya həmin separatçı bölgələrə KTMT sülhməramlılarını daxil edə bilər. Lakin bu da bir qədər sual doğurur. Çünki Qazaxıstan bu məsələdə böyük ehtimalla neytral qalacaq. Yəqin ki, təşkilatın digər üzvləri də Ukrayna ərazisinə ordu çıxarılmasına razı olmayacaq. Ancaq Ukraynada hakimiyyət dəyişikliyi olarsa, rusiyayönümlü şəxslər başa keçərsə, gələcəkdə bu ölkədə həmin sülhməramlıların yerləşdirilməsi müzakirə oluna bilər. Ancaq hazırkı dövrdə və yaxın gələcəkdə KTMT-nin hər hansı formada Ukraynada mövcud olacağını düşünmürəm”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
30 10 2024
30 10 2024