Dünya (11-12-2021, 13:27)
Rusiya ABŞ məhkəməsindən YUKOS işi üzrə icraatın dayandırılmasını uzatmağı xahiş edir
Rusiya ABŞ-ın Kolumbiya dairəsinin federal məhkəməsindən YUKOS şirkətinin keçmiş səhmdarlarının Rusiyadan 50 milyard ABŞ dolları almağa çalışdığı məhkəmə prosesinin icraatının dayandırılmasının müddətini uzatmağı xahiş edir.Mediatv.az TASS-a istinadən xəbər verir ki, Rusiya YUKOS işi üzrə paralel proses çərçivəsində Amsterdam Apellyasiya Məhkəməsinin qərarına qədər məhkəmə icraatının dayandırılması ilə bağlı ABŞ məhkəməsinə müraciət edib.
Haaqa Daimi Arbitraj Məhkəməsinin vasitəçiliyi ilə yaradılmış beynəlxalq arbitraj məhkəməsi 2014-cü ildə Rusiyanın YUKOS-un keçmiş səhmdarları ilə bağlı olan “Yukos Universal”, “Hulley Enterprises” və “Veteran Petroleum” şirkətlərinə 50 milyard ABŞ dollarından çox vəsait ödəməsinə dair qərar qəbul edib.
Bu hökmdən Haaqa Rayon Məhkəməsinə şikayət verilib və qərar Rusiya dövlətinin xeyrinə olub. Lakin 2020-ci ilin fevralında elə Haaqadakı Apellyasiya Məhkəməsi Rayon Məhkəməsinin qərarını ləğv edib və arbitraj qərarlarını bərpa edib. 2020-ci ilin mayında Rusiyanın Niderlandın Ali Məhkəməsinə kassasiya şikayəti verdiyi açıqlanıb.
Ali Məhkəmə 2021-ci ilin noyabrında Haaqa Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək Rusiyanın kassasiya şikayətini bir bənd üzrə - YUKOS-un keçmiş səhmdarlarının arbitraj prosesində saxtakarlığa yol verməsi ilə bağlı - təmin edib. Amsterdam Apellyasiya Məhkəməsi məhz bu məsələ ilə bağlı qərarı yenidən nəzərdən keçirməlidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
İri investor «Finoko» BOKT-dan pulunu tələb edir - əmlakı və lizinqdəki avtomobillərinə HƏBS QOYULDU
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025



























