Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-07-2015, 13:40)
Rusiya Avropa Məhkəməsinin qərarlarını saymayacaq

 

Rusiya Konstitusiya Məhkəməsi qərar verib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Rusiya Konstitusiyasına zidd sayılarsa, rəsmilər həmin qərarları gözardı edə bilər.

Mediatv.az xəbər verir ki,  bu qərar Rusiyaya imkan verir ki, Avropa Məhkəməsinin çıxardığı qətnamələri rədd etsin.
Avropa Məhkəməsi hər il Rusiyadan minlərlə şikayət qəbul edir.
Rusiya bir sıra işlərlə bağlı Strasburq məhkəməsində uduzub və böyük məbləğdə cərimə ödəməlidir. Bu işlər sırasında keçmiş Yukos neft və qaz şirkəti, eləcə də Çeçenistandan şikayətlər var.
Konstitusiya Məhkəməsinin iyulun 14-də verdiyi qərarda deyilir ki, Rusiya qanunvericiləri xüsusi ədliyyə mexanizmi yarada bilər. Məqsəd Avropa Məhkəməsinin qərarlarının icrası zamanı Rusiya Konstitusiyasının “aliliyini” təmin etməkdir.
Hakimlər qərarın Vyana Konvensiyasına uyğun olduğunu deyirlər. İnsan haqları müdafiəçiləri isə bunu icra orqanının məhkəməyə “təhlükəli” təsirinin sübutu sayır. /”Azadlıq” radiosu

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024