Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-09-2021, 14:17)
Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaq


Putin Lavrovla Şoyqunun məsələsinə nöqtə qoyacaq


Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasından Dövlət Dumasına seçkilərdə iştirak edən xarici işlər və müdafiə nazirləri Sergey Lavrovla Sergey Şoyqunun deputat mandatı alıb-almayacağına qərar verəcək.

“Mediatv.az” xəbər verir ki, bu barədə məlumatı “RBK” yayıb. Bildirilir ki, Putin sözügedən partiyanın seçici siyahısında lider olan Lavrovla Şoyqu, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, “İstedad və uğur” fondunun sədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova ilə görüşmək niyyətindədir. 

“RBK” Kremlə yaxın mənbələrinə istinadən yazır ki, görüşün sentyabrın 27-si keçirilməsi planlaşdırılır. Gözləntilərə əsasən, məhz bu zaman bu beşlikdən kimin deputat mandatı qazanacağı məsələsinə nöqtə qoyulacaq.Bununla yanaşı, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün həqiqətən də keçiriləcəyini təsdiq edib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-na kimi üç gün ərzində keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdən sonra Dövlət Dumasında deputat mandatlarının bölünməsi barədə informasiya yayıb. Məlumata görə, hakim “Vahid Rusiya” Partiyası 324, Kommunist Partiyası 57, “Ədalətli Rusiya” 27, Liberal-Demokrat Partiyası 21, “Yeni insanlar” Partiyası 13 mandat əldə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025