Dünya (3-09-2021, 13:44)
Lavrovla Şoyqunun deputat olmaq istəmələrinə Putindən - Reaksiya
Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovla müdafiə naziri Sergey Şoyqunun Dövlət Dumasına getmək istəmələrinə münasibət bildirib.“Mediatv.az”ın xəbərinə görə, Putin Şərq İqtisadi Forumunun plenar iclası zamanı jurnalistin bu mövzuda sualına cavabında bildirib ki, hər iki şəxsi Dövlət Dumasına buraxmaq heyif olardı.
Putin, həmçinin qeyd edib ki, nazirlər ona müraciət edərək “Vahid Rusiya” partiyasının siyahısına rəhbərlik etmək istədiklərini söyləyiblər.
“Son nəticədə, onlar özləri buna qərar verməlidirlər”, - deyə Putin əlavə edib.
Qeyd edək ki, Rusiyanın hakim “Vahid Rusiya” partiyasının iyun ayında keçirilən XX Qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıya liderlərin beşliyi və namizədlərin siyahısı təsdiqlənib. Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denist Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmeleva və uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilib.
Dövlət Dumasına seçkilərin 17-19 sentyabr tarixlərində keçiriləcəyi gözlənilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025























