“Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”.
Mediatv.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.
“Bizim sadəcə sual-cavabdan ibarət yox, ciddi görüşümüz var. Bir çox məsələ var ki, cavab yox, fikir almaq lazımdır. Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”, - o qeyd edib.
Zelenskinin sözlərinə görə, məsələlərə həmçinin təhlükəsizlik, müharibə və iqtisadiyyat daxildir.

























