Dünya (27-12-2018, 10:59)
Keçmiş ŞHK üzvü Ukrayna prezidenti olmaq arzusundadır
Şən və Hazırcavablar Klubunun keçmiş iştirakçısı Vladimir Zelenski Ukrayna prezidenti olmaq istəyir. O, reytinqinə görə ölkədə ikincidir və ilk dəfə olaraq siyasət haqqında müsahibə verib.Mediatv.az Meduza-ya istinadən bildirir ki, ŞHK-nın keçmiş iştirakçısı, ukraynalı komik Vladimir Zelenski jurnalist Dmitriy Qordona geniş müsahibə verib.
O, bu müsahibə zamanı 2019-cu ilin mart ayında Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşdığını ilk dəfə olaraq etiraf edib. Sorğuların nəticələrinə görə, reytinqdə Zelenski Yuliya Timoşenkodansonra ikinci yerdə durur. Bir çoxları Zelenskini oliqarx İqor Kolomoyskiyə yaxın birisi hesab edirlər. Belə ki, Zelenskinin verilişləri məhz Kolomoyskinin telekanalında yayımlanır.
Müsahibə zamanı V.Zelenski bildirib ki, seçkilərdə iştirak haqqında çox düşünür. Prezident olacağı təqdirdə həyat yoldaşından da məsləhətlər alacağını söyləyən komik, buna baxmayaraq, həyat yoldaşının Raisa Maksimovna (Mixail Qorbaçovun həyat yoldaşı – red.) kimi olmayacağını söyləyib.
“Donbasda atəşi dayandırmaq lazımdır, biz oraya “ordu ilə gedəcəyik” kimi variantları istisna edirəm. Krım bizim torpağımızdır. Berlindəki konsert zamanı Rusiya bayrağını qaldıran və Ukrayna haqqında xoş olmayan sözlər söyləyən tamaşaçını əzişdirdim. NATO-ya üzv olmaq lazımdırmı? Mən heç vaxt çağırılmayan yerə qonaq getmirəm.
Pyotr Poroşenko kinoteatrda yayımlanan adi bir film kimidir – ona tamaşa edirsən və məyus olursan. Ukrayna çox liberal və azad ölkə olmalıdır. Mən istəyirəm ki, burada pullar təhlükəsizlikdə olsun, bütün dünya şirkətləri buraya gəlsin. Əgər burada ərəblər, çinlilər, amerikalılar olsa, bizi heç kim işğal edə bilməz”, - deyə V.Zelinski bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025


























