Dünya (16-03-2020, 13:11)
Rejim qətliamları dayandırmalıdır - 4 ölkədən bəyanat
Bəşər Əsəd rejimi və onu dəstəkləyən İranla Rusiya Suriyadakı qətliamlarını dayandırmalıdır.Mediatv.az xəbər verir ki, bu barədə ABŞ, İngiltərə, Fransa və Almaniyanın Suriya böhranının 9-cu ili ilə bağlı birgə bəyanatında deyilir.
“Terrorizmlə mübarizə heç vaxt beynəlxalq insan hüquqlarının pozulmasını və qarşıdurmanın davam etməsini qanuniləşdirə bilməz. Əsəd rejimi, Rusiya və İranın İdlib istiqamətində düşüncəsiz hücumları, tibbi və humanitar infrastrukturların məhvinə, eyni zamanda həm mülki şəxslərin, həm də orada işləyənlərin ölümünə səbəb olur. Bu da böyük bir humanitar böhranın yaranmasına yol açır.
Rejim və dəstəkçilərinin İdlibə hücumu zamanı milyonlarla insan yerindən-yurdundan olub. Ən son İdlib böhranı ilə bağlı Türkiyə və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasına əməl olunmalıdır. Ölkə səviyyəsində bunun təmin edilməsi vacibdir.
Əsəd rejimi İdlibdə humanitar böhrana səbəb olub və bunun səbəbkarları qanun qarşısında cavab verəcək”, - bəyanatda vurğulanıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
























