Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-03-2020, 08:54)
ƏRDOĞAN VƏ PUTİN RAZILIĞA GƏLDİ - İdlibdə atəşkəs elan olundu (Yeniləndi)

 Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu saatlarda mətbuatın qarşısına çıxıblar.
Mediatv.az məlumat verir ki, əvvəlcə Putin açıqlama verərək, İdlib məsələsində razılığa gəldiklərini açıqlayıb. O, tərəflərlər arasındakı fikir ayrılığın danışıqlarla aradan qaldırıldığını bildirib.
Vladimir Putin deyib ki, Rusiya və Türkiyə İdlibdəki gərginlik problemi ilə bağlı qəbul edilə biləcək həll yolları tapıb.
"Görüşdən sonra ortaq şəkidə sənəd hazırladıq. Rusiya və Türkiyə İdlibdə terrorizmlə mübarizənin zəiflədilməməsindən əmindir. Suriyadakı böhranın həlli ilə bağlı ümumi bəyannamə hazırlanması ilə bağlı razılığa gəldik.
Daimi olaraq Suriya rejimi və mülki əhali atəş altındadır. 1 martda da hücum oldu və bu, ilin əvvəlindən 15-ci hücum idi. Türk əsgərləri arasında da itkilər vardır və Prezident Ərdoğana və Türkiyəyə başsağlıqlarımızı çatdırdıq. Kritik məqamlarda hər zaman ümumi məqamları tapa, çözə bilirdik. Bu gün də elə oldu. Hazırda Astana çərçivəsində danışıqlarımız davam edir. Müzakirələrimizin nəticəsində ortaq bir sənəd hazırladıq. XİN rəhbərləri onu bəyan edəcəklər. Ərdoğanla 6 saatlıq müzakirənin nəticəsi olaraq bu sənədi hazırladıq. Bu, İdlibdə qarşıdurmaların başa çatmasına və mülki əhalinin əzablarına son verilməsinə, bütün tərəflər arasında dialoq qurulmasına kömək edəcək", - deyə Kreml rəhbəri bildirib
Sonra çıxış edən Ərdoğan İdlibdə baş verənlərə görə Əsəd rejimini ittiham edib. Türkiyənin baş verənlərə seyirçi qalmadığını bildirib.  Ərdoğan Rusiya ilə işbirliyində  problemi həll edəcəklərinə inandığını, bunun üçün hər iki tərəfdə siyasi iradənin olduğunu bildirib.
Gecə saat 00.01-dən başlayaraq atşkəsin elan olunacağını bildirib. Ancaq Ərdoğan Əsəd rejiminin bütün hücumlarına Türkiyənin cavab vermə haqqını saxladığını bəyan edib:"Təxminən 6 saatlıq görüş oldu. Suriyada, o cümlədən İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək. Türkiyə təhdidlər qarşısında əli-qolu bağlı qalmaz. İdlibdəki razılaşmanın pozulmasına səbəb Əsəd rejiminin hücumlarıdır. Rejimin hər hücumlarına qarşılıq veriləcək. Müşahidə məntəqələrimiz bölgədəki vəziyyətə və atəşkəsə nəzarətə məsuliyyət daşıyır. Bu gecə 00:01-dən etibarən atəşkəs qüvvəyə minəcək. Ehtiyac içində olan suriyalılara qeyd-şərtsiz yardım edilməsi üçün çalışacağıq. Suriya böhranına həll yolu tapana kimi Türkiyə regiondakı varlığını davam etdirəcək.".
Sonra xarici içlər nazirləri razılaşdırılmış mətni oxuyub. 
Sənəddə bildirilib ki, 6 mart gecə yarısında etibarən atəşkəsin təmin edilməsi və müdafiə nazirlikləri arasında 7 gün ərzində dəhlizin yaradılması ilə bağlı razılığa gəlindi.
Hərbi deyil, siyasi yolla problemin həll ediləcəyi düşünülür. Humanitar durumun pisləşməsinin qarşısının alınması və qaçqınların Suriyaya qayıtması nəzərdə tutulurr. Humanitar vəziyyətin pisləşməsinin qarşısının alınması, dinc əhalinin və ehtiyac içində olan suriyalıların qorunması, geri qayıtmalarının asanlaşdırlması ilə bağlı razılığa gəlinir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024