Siyasət (4-03-2020, 12:56)
Pakistandan Türkiyəyə DƏSTƏK

Mediatv.az-ın məlumatına görə, bu barədə Pakistanın Baş nazirliyinin sosial media hesabından yazılan açıqlamada məlumat verilib. Məlumata əsasən, Baş nazir İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışıb və Pakistanın Türkiyəyə olan dəstəyini ifadə edib.
İmran Xan Pakistan xalqının qardaş türk milləti ilə həmrəy olduqlarını bildirib.
Türkiyənin bölgədəki təhlükəsizlik, humanitar qayğı və dəstəyini qeyd edən İmran Xan milyonlarla suriyalılaya ev sahibliyi etmək də daxil olmaq üzrə, Türkiyənin etdiyi humanitar yardımı da yüksək qiymətləndirib.
Həmçinin İmran Xan Pakistanın Türkiyənin terrorla mübarizədə göstərdiyi səyləri tamamilə dəstəklədiyini də vurğulayıb.
Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməsindən də təriflə bəhs edən və beynəlxalq cəmiyyəti Türkiyənin bu böyük yükü daşımasına kömək etməyə çağıran Xan, Pakistan olaraq bu mövzuda mümkün olan bütün dəstək və köməyi verməyə hazır olduğunu da qeyd edib.
Baş nazir İmran Xan Suriyadakı münaqişənin və humanitar böhranın siyasi həlli ilə əlaqədar beynəlxalq birliyin ön plana çıxması lazım olduğunu vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
17 06 2025
17 06 2025