Dünya (Bu gün, 08:30)
Hakimiyyət böhranı: Putin xalq arasına çıxdı

Mediatv.az xəbər verir ki, bu barədə Rusiyadakı müxalif “Agentstvo.Novosti” layihəsində məqalə yayımlanıb.
Kremlə bağlı media orqanları Putinin 27 iyul bazar günü Sankt-Peterburqda limuzinindən enərək küçədə insanlarla görüşdüyünü əks etdirən görüntüləri yayıb.
Nəşr qeyd edir ki, son illərdə Putin yalnız hakimiyyətinə təhdid yaradan hadisələrdən sonra xalqla ünsiyyət qurur – buna misal olaraq Yevgeni Priqojin üsyanı göstərilir:
“Bu dəfə dövlət başçısı mərkəzi Rusiyanın şəhərlərinə PUA ilə hücumların artmasından sonra insanların qarşısına çıxdı. Təhlükəsizliklə bağlı problemlərə görə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Hərbi Dəniz Qüvvələrinin paradı da ilk dəfə olaraq ləğv edildi. Ləğvə baxmayaraq, Putin yenə də şəhərə gəldi, dənizçilərdən hərbi salam aldı və parad zamanı olduğu kimi Neva çayında katerlə gəzişdi”.
Nəşr əlavə edir ki, Putin sonuncu dəfə ötən ilin oktyabrında Başqırdıstana səfəri zamanı ictimaiyyət arasına çıxmışdı. Ondan əvvəl isə sentyabrda Tıvada səfərdə olarkən xalqla ünsiyyət qurmuşdu.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
27 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025