Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-07-2025, 08:33)
Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

 İlk dəfədir Azərbaycan və Ermənistanın Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi ortaq görünür: Rusiyanı regiona buraxmamaq, II Qarabağ müharibəsindən öncəki üstünlüyünü təmin etməyə imkan verməmək.
200 ildən artıqdır bu coğrafiyada baş verən bütün müharibələrin, qırğınların izi Moskvaya gedib çıxır. Yenidən bölgəyə girməyə çalışan Rusiya yenə ən yaxşı bildiyi yoldan – toqquşma, münaqişə, müharibə taktikasından hərəkət etmək niyyətindədir. Ermənistanda revanşistlərin dəstəklənməsi bunu aydın göstərir. Lakin ilk dəfədir Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşdüyü üçün Rusiya regional dirənişlə üzləşib. Daha öncə də yazmışdıq: Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılığın siyasi hədəfləri bura çıxır.
Rusiya regionda olmalıdır, amma qonşuluq münasibətləri çərçivəsində. Azərbaycan-Rusiya münasibətləri də imperativ direktivlərin olmadığı çərçivədə davam etməlidir. Güc balansında Türkiyə faktoru həlledici ola bilər, təkcə Azərbaycan üçün yox, Ermənistan və Gürcüstan üçün də. Əks təqdirdə, 200 ildən sonra böyük ölçüdə həll olunan problemlər – qarşıdurma və münaqişə riski davam edəcək.
Buna nail olmaq nə qədər mümkün olacaq? Açıq sualdır. Lakin Bakı və İrəvanda Moskvaya qarşı paralel şəkildə aparılan müqavimətin tarixi əhəmiyyəti var.шаблоны для dle 11.2

Xəbər lenti
21 08 2025
21 08 2025
21 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
19 08 2025