Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-05-2021, 18:22)
"Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq"

 "Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri əsasən, Qarabağla bağlı prosesi aktivləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına üzvlüyə cəlb etmək üçün danışıqlar aparmaqdır”.

Mediatv.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya çalışır ki, ABŞ -ın regiona daxil olmasının qarşısını alsın:

"ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət bundan əvvəl Ermənistana zəngi və ötən gün Azərbaycan prezidentinə zəngi Vaşinqtonun regionda maraqlarının artmasına işarədir. Bundan əlavə, Türkiyənin Cənubi Qafqazda fəallığı Rusiyanı narahat edir. İlk növbədə Sergey Lavrov Qarabağda ermənilərin statusu ilə bağlı danışıqların başlanmasını təklif edəcək. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyü ilə bağlı şərtlər irəli sürəcək”.

M.Əsədullazadə xatırladıb ki, Rusiya ilə Azərbaycan arasında "İsgəndər" raketləri və sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı da problemlər var:

"İlk növbədə Azərbaycan Lavrovdan raketlə bağlı izahat tələb etməlidir. Bundan əlavə, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı konkret cavablar olmalıdır. Rusiya separatçını Moskvaya aparır və onunla danışıqlar aparır. Rusiya sülhməramlıları fransalı deputatların Qarabağa keçidinə icazə verir.

Sergey Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycan Rusiyanın layihələrində yer almaq üçün təklifə konkret cavab verməyəcək. Çünki, Rusiyanın fəaliyyəti hazırda əldə olunan razılaşmaların əleyhinədir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024