Dünya (3-03-2025, 03:12)
Belə birlik uzun müddət olmamışdı - Zelenski

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu London sammitində iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb.
"Biz Ukraynaya, xalqımıza: əsgərlərə və mülki şəxslərə, müstəqilliyimizə güclü dəstəyi hiss edirik. Biz hamımız Avropada birlikdə çalışırıq ki, əsl sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi naminə Amerika ilə əməkdaşlıq üçün etibarlı zəmin olsun", - bildirib.
V.Zelenski uzun müddətdən bəri Avropanın ilk dəfə həmrəylik nümayiş etdirdiyinə də diqqət çəkib:
"Avropa son dərəcə yüksək həmrəylik göstərir, belə birlik uzun müddətdir olmamışdı".
Ukrayna lideri tərəfdaşlarla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh şərtlərini müzakirə etdiyini bildirib.
O qeyd edib:
"Biz yaxın gələcək üçün bir sıra mühüm görüşlər və həll yolları hazırlayırıq".
Sonda Prezident Ukraynanın bütün dostlarına və tərəfdaşlarına ölkəsində sabit və təminatlı sülhün bərqərar olması üçün göstərdikləri səylərə görə təşəkkür edib:
"Ümumi qüvvələrimiz gələcəyimizi qorumağa qadirdir".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025