Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-01-2023, 16:33)
Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan XİN-ə çağırılıb

 Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Mediatv.az IMEDI-yə istinadən xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Diplomat Gürcüstan-Rusiya münasibətlərinə dair səsləndirdiyi bəyanatlara görə nazirliyə dəvət olunub. Ondan XİN-də son açıqlamaları ilə bağlı izahat istənilib.

Qeyd edək ki, yanvarın 24-də müvəqqəti işlər vəkili Ukraynanın "Evropeyskaya Pravda" nəşrinə müsahibəsində Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin bərpa olunacağı təqdirdə səfirliyin ukraynalıların kütləvi təxliyəsi üçün beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.

O, həmçinin müsahibəsində qeyd edib ki, Gürcüstan Avropa İttifaqı və NATO-ya inteqrasiya kursunu rəsmən müəyyən edib. Amma hakim partiyadakı siyasətçilərin Rusiya ilə hava nəqliyyatının mümkün bərpasına müsbət reaksiyası ölkənin başqa istiqamətə hərəkətə başlaması deməkdir.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024