Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-01-2023, 12:26)
İsveç müdafiə nazirinin Türkiyəyə səfəri ləğv olunub

 İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə səfəri ləğv olunub.

Mediatv.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra deyib:

“Bizim yeganə istəyimiz Madriddə imzalanmış üçtərəfli memorandumda olan öhdəliklərin yerinə yetirilməsidir. Biz İsveç və Finlandiyanın öz üzərlərinə düşəni, ev tapşırıqlarını yerinə yetirmələrini gözləyirik”.

Nazir Akar İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə qarşı təxribatları və İsveç polisinin “Türkiyə səfirliyi qarşısında Quran yandırılacaq” iddiası ilə nümayişə icazə verməsi ilə bağlı xəbərləri xatırladıb:

“Onlara qarşı hərəkətsiz qalmaq, reaksiya verməmək qəbuledilməzdir. Lazım olanı etmək və tədbir görmək mütləq lazım idi”.

Akar bildirib ki, bu barədə yanvarın 20-də Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində görüşdüyü İsveç müdafiə naziri Pal Consona da bildirib.

"Prezidentimizə, ölkəmizə qarşı bu çirkin və iyrənc əməllərə görə heç bir tədbir görülmədiyinin təəssüflə şahidi olduq. Ona görə də bu məqamda İsveçin müdafiə naziri Consonun yanvarın 27-də Türkiyəyə gözlənilən səfərinin də mənası qalmadı. Bu səbəbdən səfəri ləğv etdik" deyə Akar bildirib.

Qeyd edək ki, İsveç müdafiə nazirinin yanvarın 27-də Türkiyəyə səfəri planlaşdırılırdı.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024