Avropa Parlamenti (AP) "Rusiyanın Ukraynaya qarşı cinayətlərini" araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnamənin lehinə səs verib. 

Mediatv.az xəbər verir ki, bu barədə AP-nin saytında məlumat qeyd olunub. 

"Avropa Parlamentinin üzvləri Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı cinayətlərə və təcavüzə görə məsuliyyətə cəlb olunmasını tələb edir", - bəyanatda deyilir.

Eyni zamanda, qəbul edilmiş qətnamə məcburi icra tələb etmir.