2017-ci ildə 37 yaşında "dünyanın ən gənc qadın baş naziri" seçilən Casinda Ardern fevral ayında tutduğu vəzifədən istefa verəcək.
Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 7-də Ardern baş nazir və İşçi Partiyasının lideri postunu tərk edəcək.
Onun hansı səbəbdən istefa qərarını alması hələlik məlum deyil. .
Casinda Ardern, COVID-19 pandemiyası, 2019-cu ildə Kraystçörçdə 50 nəfərin ölümünə səbəb olan hücumlar və vulkanın püskürməsi kimi hadisələrlə keşməkeşli bir hakimiyyət dövründə liderliyinə görə dünya şöhrətini qazanıb.