"Mən inanıram ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcək".Mediatv.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Davosda çıxışı zamanı Baş katib bildirib ki, Türkiyənin PKK ilə bağlı legitim narahatlıqları var.
"Alyansın heç bir üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib. Bu təşkilat ABŞ, Aİ və digər ölkələr tərəfindən terrorçu kimi tanınıb", - Stoltenberq qeyd edib.