Belarus və Rusiya Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yanvarın 16-dan fevralın 1-dək birgə taktiki-uçuş təlimləri keçirəcək.
"Mediatv.az" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"2023-cü il yanvarın 16-dan fevralın 1-dək RGV-nin aviasiya komponentinə daxil olan Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin aviasiya bölmələri ilə birgə taktiki uçuş təlimləri keçiriləcək”, - deyə Belarus Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, Belarusda keçirilən taktiki uçuş təlimlərinə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodromları və poliqonları cəlb olunub.