Sabirabad rayon sakini olan qadın icra başçısının onu kabinetində təhqir etdiyini iddia edərək sosial şəbəkələrdə məlumat yayıb.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açıqlamasında qadının iddialarının əsassız olduğunu bildirib:
"O qadını rayonda hər kəs tanıyır. İşi-gücü yoxdur. Hər gün icra hakimiyyətindədir. Birincisi, həmin qadın mənim tərəfimdən kabinetimdə qəbul olunmayıb. Mən səhər işə gələndə 7-8 nəfərin yanında qabağıma çıxıb, demişəm ki, bacım qəbul edərəm, danışarıq. O hər gün buradadır. Hər gün də pul alır. Oğlu da "DOST MMC"-də qeydiyyata alınıb. Onların ailəsində iki nəfər dövlətdən maaş alır. Mən nə etməliyəm ona? Hər gün siqaret də damağında burada dayanır. Yenə də onlar daim nəzarətim altındadır, ötən 5-ci gün ona kömək etmişəm, amma hər şeyin də dərəcəsi var. Gündə adama pul verərlər? Şüvənlə, hay-küylə məsələlər həll olunur?
Həmin qadın video yayılandan sonra mənim iş telefonuma zəng edərək deyib ki, sən mənim qardaşımsan, mən elə şey danışmaram. Mən də dedim ki, bəs video nədir, bu nədir? Özü bilər. Vəzifədə işləyirəm deyə, kim nə gəldi ünvanıma deyə bilməz".